“Biz fəlakət vəziyyətindəyik, cəhənnəmə doğru addımlayırıq”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan brifinqdə bildirib.
Onun sözlərinə görə, hazırda Ermənistanda xəstəxanaya yerləşdirilməsi zəruri olan 200-ə yaxın xəstə var: “Səhiyyə sistemi yüklənib və xəstələrin hospitala yerləşdirməsini çatdırmır. Tibbi yardımın gecikməsi səbəbindən ölənlər var. Reanimasiyada yer olmadığı üçün ümumi bölmədə yerləşdirilən iki xəstə ölüb”.
Baş nazir deyib ki, hökumətin iclasında ölkədə lokdaun (ciddi təcrid rejimi) elan edilməsi məsələsi müzakirə olunub: “Ancaq bu qərar arzu olunan nəticəni verməyəcək. Hamının epidemioloji tədbirlərə əməl etməsi vacibdir. Maska taxılmaması bu kampaniyaya qarşı fəaliyyətdir.”
Report