Rəsmi Berlin: “Çin gələcəyin "super gücü"dür”


Rəsmi Berlin: “Çin gələcəyin "super gücü"dür”

Maas: “Avropa ölkələri Çinlə münasibətləri yalnız iqtisadi deyil, həm də siyasi müstəvidə qurmalıdırlar”

 

Almaniyanın Xarici İşlər naziri Heyko Maas Avropa İittifaqını (Aİ) Çinlə əməkdaşlıq məsələsində vahid strategiya yaratmağa çağırıb. AYNA xəbər verir ki, nazir bunu "Bild" qəzetinə müsahibəsində bəyan edib.

 

Maas Çinlə Almaniya arasında ticarətin yüksək səviyyədə olduğunu qeyd edərək, Çini gələcəyin "super gücü" adlandırıb. Bununla yanaşı, nazir hesab edir ki, Aİ ölkələri Çinlə münasibətləri yalnız iqtisadi deyil, həm də siyasi müstəvidə qurmalıdırlar.

 

"Sərbəst münasibətlərimizi və əlaqələrimizi qorumaq üçün ortaq bir Avropa strategiyasına ehtiyacımız var", Maas bildirib.

 

Almaniyanın XİN rəhbəri onu da qeyd edib ki, bir çox ölkə koronavirusun yayılmasının ilk həftələrində xəstəliyə qarşı mübarizədə səhv ediblər: “Buna görə də iddialar var ki, Çin virusla bağlı real statistikanı gizlədir. Çinin statistikanı gizlətməsi məsələsi göründüyündən daha mürəkkəbdir”.

 

“Əlbəttə ki, koronavirusun mənşəyini dəqiqləşdirə bilmək üçün tam şəffaflığa ehtiyacımız var. Əminəm ki, son təhlildə bu üzə çıxacaq. Ona da əminəm ki, dəqiqliyin üzə çıxmasında Çinin özü də maraqlı tərəfdir”, nazir sonda vurğulayıb.

Tarix: 7-06-2020, 22:25
Xəbəri paylaş



Xəbər lenti