Avropa İttifaqı (Aİ) ölkələrinin hökumətləri xarici sərhədlərin açılması tarixi barədə hələlik razılığa gələ bilməyiblər. Qərar iyunun 15-dən iyulun 15-ə qədərki müddətdə qəbul ediləcək («Röyter»).
Şengen zonasının açılma tarixi iyulun ortalarında müəyyən oluna bilər.
Aİ-nın daxili işlər komisarı İlva Yohanssonun sözlərinə görə, digər ölkələrə (və digər ölkələrdən) səfərlərə qoyulmuş məhdudiyyətlər yalnız iyulda zəiflədilə biləcək. Çünki zona ölkələrinin hamısı hələ məhdudiyyətləri götürməyə hazır deyil.
O da dəqiqləşdirilir ki, Aİ ölkələri Fransa tərəfindən taklif olunmuş 1 iyul tarixini dəstəkləməyiblər. Bundan əvvəl Fransa hakimiyyəti Aİ ölkələri xarici işlər nazirlərinin videokonfransı zamanı bu tarixdə Şengen zonasının daxili sərhədlərini açmağı təklif etmişdi. Bu zaman göstərilir ki, ölkəyə daxil olanların observasiyadan keçməsi lazım gəlməyəcək.
Məlumat üçün bildirək ki, Şengen zonası Aİ-nın 22 ölkəsini və İslndayanı, Lixtenşteyni, Norveçi, İsveçrəni özündə birləşdrir.
AzPolitika.info