Severodvinskdə (Rusiya) koronavirusa yoluxma hallarının kəskin artması səbəbindən Arxangels vilayətinin rəhbərliyi iyunun 6-dan etibarən şəhərə giriş-çıxışı məhdudlaşdırmaq qərarına gəlib. “Qafqazinfo” bildirir ki, bu barədə “İnterfaks” xəbər verib.
Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin məlumatına görə, pandemiyanın başladığı vaxtdan 180 min əhalisi olan Severodvinskdə 1000-dən çox koronavirusa yoluxma halı qeydə alınıb.
Virtualaz.org bildirir ki, Severodvinskdə xəstələnənlərin 3/2 hissəsi “Sevmaş” və “Zvyozdoçka” müəssisələrinin əməkdaşlarıdır. Bununla yanaşı, sonuncunun bir əməkdaşı artıq COVID-19-un qurbanı olub.
Bundan başqa, şəhərdəki uşaq evinin 11 tərbiyəçisində də koronavirus aşkarlanıb. Bununla əlaqədar olaraq, şəhər Prokurorluğu araşdırmaya başlayıb.