Avropa İttifaqı ölkələri "Açıq Səmalar Razılaşması"na dəstək verəcəyini açıqlayıb.
Cebhe.info xəbər verir ki, ABŞ Rusiyanın vəzifələrini yerinə yetirənə qədər razılaşmadan çıxacağına dair qərar verdikdən sonra Aİ ölkələri belə bir açıqlama verib. Belçika, Finlandiya, Lüksemburq, Fransa, Almaniya, İtaliya, Hollandiya, İspaniya, İsveç və Çexiyanın ortaq yazılı açıqlamasında bildirilir ki, Rusiyanın razılaşmanın şərtlərini yerinə yetirməməsində ABŞ-la eyni mövqedədirlər:
"Rusiyaya bəzi uçuşlarda tətbiq etdiyi qadağaları aradan qaldırmaq və bütün tərəflərlə dialoqa girmək çağırışı edirik.
"Açıq Səmalar Razılaşması"nı tətbiq etməyə davam edəcəyik. Razılaşmanın hələ də işlək və faydalı olduğunu düşünürük".