Karantin qaydalarının yumşaldıldığı ölkədə gecə klubları dolub daşdı - MARAQLI...+ FOTOLAR






Koronavirusla bağlı yoluxma və ölüm hallarının azalmasından sonra Ukraynada insanlar gecə kulublarına axın etməyə başlayıb. Müəyyən qaydalarla açılan klublarda heç kimin sosial məsafəyə tabe olmadığı diqqət çəkib.

Moderator.az xəbər verir ki, yoluxma və ölüm hallarının azalması ilə karantin qaydalarının yumşaldıldığı bir çox ölkələrdə bar, restoran, bazar yerləri, otellər, muzey və ibadət yerləri müəyyən məhdudiyyətlə yenidən fəaliyyətə başlayıb.

18 min 291 nəfərin virusa yoluxduğu Ukraynada karantin qaydalarının yumşaldılmasından sonra bəzi gecə klubları qapılarını açıb. Paytaxt Kiyevdə yenidən fəaliyyətə başlayan gecə klublarında yalnız çalışanların maska taxdığı və sosial məsafənin heçə sayıldığı görülüb.
Kamran
Tarix: 17-05-2020, 23:46
Xəbəri paylaş



Xəbər lenti