Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər naziri Şeyx Abdullah bin Zayed, ehtimal ki, Əbu-Dabinin paytaxtında baş verən terror hücumu zamanı dünyasını dəyişib.
Teleqraf.com mk.ru-ya istinadla xəbər verir ki, BƏƏ-nin qurucusu Zayed bin Sulatan Əl Nahayanın oğlu minalanmış avtomobilin yaxınlığından keçən kortejdə olub. Avtomobil partlayıb və şahzadə ağır yaralanıb.
Türkiyənin "Straturka" nəşrinin verdiyi məlumata görə, o, xəstəxanaya aparılıb və daha sonra orada ölüb. Terror hücumu zamanı daha bir neçə nəfər həlak olub.
Hücumu kimin təşkil etdiyi məlum deyil. Rəsmi olaraq nazirin ölümü barədə hələlik məlumat verilməyib.