2019-cu ildə Rusiya Mərkəzi Bankı(RMB) 182,5 milyard rubl zərərlə üzləşib. Bu barədə qurumun bu gün açıqlanan illik maliyyə hesabatında məlumat verilir.Qeyd edək ki, RMB artıq 3-cü ildir ki, zərərlə üzləşir. Belə ki, sonuncu dəfə 2016-cı ili 43,7 milyard rublluq gəlirlə başa vuran qurum 2017-ci ildə 435,3 milyard rubl, 2018-ci ildə isə 434,7 milyard rubl zərərlə üzləşmişdi.
Ümumilikdə Rusiya Mərkəzi Bankının 3 illik zərəri 1 trilyon rubldan yuxarıdır. Qurumun açıqlamasına görə, zərərin əsas səbəbi iqtisadi aktivlik tempinin azalmasıdır. Bundan əlavə, RMB büdcə qaydası çərçivəsində valyuta alışına da irihəcmli vəsaitlər yönəltməli olur.
Ötən həftə RMB-nin rəhbəri Elvira Nabiullina Rusiyanın koronavirus epidemiyası fonunda iqtisadi azalma dövrünə qədəm qoyduğunu açıqlamışdı. Onun sözlərinə görə, ikinci rübün sonunda ölkədə Ümumi Daxili Məhsulun 8 faiz azalması gözlənilir./Musavat.com/
Tarix: 14-05-2020, 16:21