Ukraynada məhdudiyyətlər rəsmi olaraq ləğv olunur

 
Ukraynanın paytaxtında koronavirusa görə tətbiq olunan müəyyən məhdudiyyətlər rəsmi olaraq ləğv olunur.
 
Siam.az-ın xəbərinə görə, Kievdə mayın 12-dən etibarən mağaza, bərbərxana, restoran və kafelərin fəaliyyətinin bərpa olunması və parkların açılması barədə qərar verilib.
 
Kiyev meri Vitali Kliçko isə bu yaxınlarda şəhər sakinlərinin karantin qaydalarına əməl etmədiyi təqdirdə məhdudiyyətlərin artıralacağı barədə xəbərdarlıq etmişdi.  Ümumulikdə isə karantin rejiminin mayın 22-nə qədər qüvvədə qalacağı bildirilib.
 
Qeyd edək ki, Ukraynada bu günədək 15 648 insan koronavirusa yoluxub, 408 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.Qafqazinfo
Tarix: 12-05-2020, 10:43
Xəbəri paylaş



Xəbər lenti