Almaniya normal həyata geri döndü – Ölkə rəhbərliyi vətəndaşlara təşəkkür etdi

 
Güclü nizam-intizam qaydalarına əməl edən vətəndaşların səyi nəticəsində Almaniyada həyat artıq normal axarına düşdü.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniyada yaşayan həmvətənlimiz məlumat verib.
“Artıq ölkə ərazisində bütün alış-veriş mərkəzləri (ən böyük ticarət mərkəzləri belə daxil) fəaliyyətə başlayıb. Ölkə daxili səfərlərə, hətta uçuşlara belə icazə verildi. Hətta hotellər belə artıq normal iş qrafiki ilə işləməyə başlayıblar. Bu həftə sonundan etibarən isə restoranların fəaliyyəti bərpa ediləcək. 14 iyun tarixinə qədər Almaniyaya turistik gediş-gəliş bağlı olsa da bəzi qonşu ölkələrlərlə artıq sərhədlər açılır. Qərbdən Hollandiya ilə, şimaldan Danimarka və şərqdən isə Polşa ilə sərhədlər artıq açıqdır. Almaniyada yaşama və işləmə icazəsi olan şəxslər rahatlıqla quru yolu ilə ölkəyə daxil ola bilərlər. Öncəki həyatdan sadəcə fərq maska və ara məsafəsi tələbidir. Ölkə rəhbərliyi gözlənilməyən bu çətin vəziyyətdə vətəndaşların dövlətə göstərdiyi inam və sadiqliyə görə hər bir vətəndaşına ayrı-ayrılıqda təşəkkür edib”, məlumatda bildirilir.
 
Tarix: 11-05-2020, 20:17
Xəbəri paylaş



Xəbər lenti