“Koronavirusa qalib gəldik” deyən ölkədə yenidən karantin başladı

  

Koronavirus pandemiyası ilə əlaqəda artıq bir çox ölkələrdə sosial məsafə və karantin rejimində yumşalma tətbiq edilsə də Asiyada virusun ikinci dalğası özünü göstərməyə başlayıb. 

Belə ki, Çinin Rusiya və Cənubi Koreya ilə sərhəd əyaləti olan Jilində 11 nəfərdə koronavirus aşkarlanıb. Bu səbəbdən əyalət yenodən karantin altına alınıb.

Uhanda isə 6 nəfər virusa yoluxub, onların hamısı xəstəxanadadır.

Ölkənin Şulan şəhərində isə ötən həftə sonundan etibarən ailədən yalnız bir nəfərin qida və digər ehtiyaclar üçün evdən çölə çıxmasına icazə verilir.

Ümumilikdə isə Çində 24 saat ərzində 17 yeni virusa yoluxma faktı qeydə alınıb ki, onun da 12-si bu xəstəliyi simptomsuz keçirir. Bununla belə sutka ərzində ölkədə koronavirusdan ölüm faktı qeydə alınmayıb.

Tarix: 11-05-2020, 16:36
Xəbəri paylaş



Xəbər lenti