Suriyalı deputat Putinə barmaq silkələdi: “Bəşər Əsəd qəzəblənərsə…”


 
Bəşər Əsədin əsas müttəfiqi İran və Livan Hizbullahıdır. Putin Rusiyası Suriyanın ABŞ-dan qorunmasında heç bir rol oynamır. O sadəcə ortaq düşmən olan ABŞ-la özgə sahədə qarşılaşmaq üçün Suriyadadır. Dolayısıyla Rusiyanın Suriyada olması hər iki tərəfin marağına xidmət edir”.
 
Ovqat.com xəbər verir ki, Rusiyanı aşağılayan bu fikirləri Suriya Milli Məclisinin üzvü Xalid əl-Abud özünün Facebook səhifəsində paylaşdığı statusunda yazıb.
 
Statusuna “Əsəd Putinə qəzəblənərsə, nə olar?” sərlövhəsi qoyan deputat Rusiya prezidentini açıq-aşkar təhdid etməkdən belə çəkinməyib. Abudun öz sualına verdiyi cavab isə xeyli iddialı olub:  “Putin Latakiya bölgəsində, Horan düzü və ya Suriya səhralarında baş verən böyük bir yanğın nəticəsində  işğalçı qüvvənin komandanı kimi tüstüyə boğular”.
 
Millət vəkilinin fikrincə, Rusiya prezidentinin bu fəlakəti yalnız Suriya ilə də məhdudlaşmaz: “Bəsər Əsəd qəzəblənərsə, Putinin Kremlə sərdiyi xalı belə, ayağının altından qaçar”. 
 
Millət vəkili Rusiyanı təhdid edən bir çox ifadələrin yer aldığı statusunu daha ağır təhdidlərlə bitirib:
 
"Əsəd Putinin qarşısında dayanmaq istəsə, Rusiyanın dünyadakı gücü sarsılar və Putinin adı Rusiya tarixindən əbədi olaraq silinər!" 
 
Qeyd edək ki, Bəşər Əsədin ən odlu-alovlu məddahı olan  Xalid əl-Abudu qəzəbləndirən Rusiyanın yarırəsmi mətbu orqanlarında Suriya liderinin sərt tənqidə məruz qalması və Moskvanın Təl-əvivlə sazişçiliyə meyllənməsidir. İsrail qəzetlərinin iddiasına görə, Rusiya prezidenti suriyalı həmkarının nazıyla çox oynamaqdan yorulub və onun üstünə İranı da qoyub ucuz qiymətə Təl-əvivə “satıb”. Hazırda isə Əsədin yerinə ölkədəki əksər siyasi qüvvələri və məzhəbləri öz ətrafında birləşdirə biləcək yeni lider axtarır.
Tarix: 11-05-2020, 13:31
Xəbəri paylaş



Xəbər lenti