İran donanması Hörmüz boğazında yaranmış qarışıqlıq nəticəsində öz gəmisini vurub.
Cebhe.info xəbər verir ki, məlumatı “Fars” agentliyi yayıb. Agentliyin məlumatına görə, “dost atəşi” nəticəsində “Konaraq” adlı gəmi batıb.
Gəmiyə açılan atəş nəticəsində bir neçə dənizçi ölüb. Bir neçə hərbçinin yaralandığı bildirilir.
Məlumata görə, İslam Keşikçiləri Korpusuna (SEPAH) aid “Jamaran” gəmisindən atılan raket səhvən “Konarak” gəmisinə dəyib.
Qeyd edək ki, İslam Keşikçiləri Korpusu ötən ilin sonları Tehran yaxınlğında yanlışlıqla Ukraynaya aid sərnişin təyyarəsini vurmuş, nəticədə 176 nəfər həlak olmuşdu.