Son vaxtlar Rusiya Suriya məsələsində güzəştə getməyə hər zamankından daha hazır kimi görünür. Ovqat.com xəbər verir ki, bu təsbit
ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Ceyms Ceffriyə aiddir.
Ceffri Dövlət Departamentinin nümayəndələri Kristofer Robinson ve Henri Vuster ilə telekonfrans formatlı söhbətində belə deyib.
O, öz fikirlərini rus mediasında Əsəd rejiminə qarşı məqalələrin artmasına və Kremlin Suriyada yürütdüyü bəzi siyasətlərə söykərək əsaslandırıb.
Maraqlıdır ki, İsrail mətbuatı da son zamanlar qələmə aldıqları analitik yazılarında bənzər fikirlər irəli sürülər. Onların iddialarına görə, bir müddət əvvəl İsrail Baş naziri Binjamin Netanyahu hərbi hava qüvvələrinə Suriyadakı İrana bağlı qüvvələri sürəkli atış altında tutmaq göstərişi verib. Yəhudi analitiklərin fikrincə, bu da təsadüfi deyil və Rusiyanın artıq Bəşər Əsəd rejiminin nazıyla oynamaq istəmədiyindən xəbər verir.
Bildirilir ki, Suriyada daha müharibə istəməyən Moskva Vaşinqton və müttəfiqləriylə danışıqlara gedib quruculuq fəaliyyətlərinə başlamağa çalışır. Bunun üçün ən ciddi əngəlin isə İran olduğunu düşünür. Moskvanın təxminlərinə görə, nə qədər ki, İran Suriyadadır, Qərbin böyük investorları ölkənin dağıdılmış iqtisadiyyatının bərpasına kapital yatırmayacaq. Kreml həm də bu səbəbdən İranın bölgədən uzaşlaşdırılmasını istəyir. Sözsüz ki, bölgədəki hegemonluğun kimlərləsə bölüşdürməmək istəyi də Moskvanın başlıca niyyətlərindən arasında yer alır.
Haaretz qəzetinin məlumatına görə,
Rusiya Əsəddən yaxa qurtarmaq və bütün məzhəblərin təmsil olunduğu texnokratik hökumət qurmaq arayışındadır. İddialara inansaq, Rusiyanın fikrincə, yalnız belə bir hökumət beynəlxalq dəstəyi qazana bilər. Bu da nəticə etibarilə Moskvanın himayəsi altında Suriyanın yenidən qurulması üçün zəmin hazırlayar, beynəlxalq yardımların cəlbini asanlaşdırar.
“
Rusiya Bəşər Əsədlə bu hədəfi reallaşdırmağın, ölkədəki silahlı müxaliflərin, separatçı qrupların, digər partiyaların daha yüksək səviyyədə razılığını almağın çətin olduğunu bilir. Üstəlik, o, İdlib problemini çözməli və rejimin bütün dövlət ərazisini əhatə edə biləcək idarəçiliyini möhkəmlətməli, Əsədi əvəz edəcək daha güclü və qətiyyətli bir lider tapmalıdır", - İsrail mediası belə düşünür.
Məlumatlara görə, Rusiya həm Bəşər Əsədi zəiflətmək, həm də İranı bölgədən sıxışdırıb çıxarmaq üçün İsraillə anlaşıb. Təl-əvivin Suriyadakı qüvvələrə qarşı son 6 hava hücumuna məhz bu səbəbdən heç bir cavab verilməyib. Hətta Rusiyaya aid havadan müdafiə sistemlərinin son zamanlar ümumiyyətlə aktivləşdirilmədiyi iddia olunur.
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffrinin tele-konfrans söhbəti zamanı “
Putin Bəşər Əsəddən bezib” deməsi də bu ehtimalı qüvvətləndirir.