Laboratoriyalara insandan götürülməyən, saxta test nümunələri göndərilib


 Ümumdünya Səhiyyə Təşkilatına etibar etməsə də, yeni növ koronavirus testlərinin ölkəyə idxalına icazə verən Tanzaniya Prezidenti Con Maqufuli onları olduqca maraqlı üsulla sınaqdan keçirib.
Ölkə başçısının təlimatı ilə laboratoriyalara insandan götürülməyən, saxta test nümunələri göndərilib.
Nəticələr həqiqətən təəccüblü olub. Belə ki, laboratoriyalara göndərilən keçi, alma və.s nümunələrdə testin nəticələri müsbət çıxıb. Bundan sonra xalqa çağırış edən Tanzaniya Prezidenti bunları deyib:
“Keçilərdən, qoyunlardan, tutuquşulardan, almalardan, hətta işlənmiş avtomobil yağından götürülən nümunələri insan adları ilə əvəz edərək laboratoriyalara göndərdik. Məsələn, Jack Fruitdən (tropik meyvə) aldığımız nümunəni 45 yaşlı Sara Samuel adlandırdıq. Yaxud tutuquşundan aldığımız nümunələri 26 yaşlı Elizabet Ane adı ilə yoxlanılmağa göndərdik. Nəticə “müsbət” oldu. Yəni meyvədən alınan maye virus daşıyıcısıdır. Baxın, bu koronavirusdan danışırıq.
Yaxud, Kwore adlı quşdan aldığımız nümunələr yenə müsbət çıxdı. Yəni nümunələri insanlardan alınmış kimi təqdim etdik və nəticələr müsbət oldu. Bu test kitlərinin arxasında kirli bir oyun var. Tanzaniyalılara tövsiyə edirəm ki, narahat olmayın, panikaya qapılmayın. Bir-birimizi qorxutmayaq. Siyasətçilər də bunu siyasi gündəm olaraq istifadə etməməlidirlər”.
Tarix: 10-05-2020, 14:59
Xəbəri paylaş



Xəbər lenti