“O, dostluğu da düşmənçiliyi də dürüst şəkildə edir” - İki mafiya lideri arasında gözlənilməz söhbət

 

Bu yaxınlarda mediada mafiya lideri Alaattin Çakıcının sərbəst buraxılması haqqında xəbər verilmişdi.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Alaattin Çakıcı ilə problemi olduğu iddia edilən Sedat Peker arasında sürpriz bir görüş baş tutub.

8 ay əvvəl Türkiyəni tərk edən Sedat Pekerin sosial mediada Alaattin Çakıcı haqqında dediyi sözlər də diqqət çəkmişdi.

Qeyd edək ki, Sedat Peker Türkiyədən ayrıdlıqdan sonra onun YPG terro təşkilatına silah satması xəbərləri də yayılmışdı.

"O, dostluğu da düşmənçiliyi də  dürüst şəkildə edir. Ancaq bu mövzu çox danışıldığı üçün açıqlama vermək məcburiyyətindəyəm. Məni öldürmək bəlkə mümükün ola bilər, amma məni kiçiltmək əsla mümkün deyil. Evimin açıq adresi hər yerdə var. Gəlmək istəyənlər buyursun gəlsin. Danışmaq ilə olmaz. Bacarırsınızsa iş görün” – deyə Sedat Peker qeyd etmişdi.

"Sözcü" qəzetinin yazarı Sayğı Öztürkün yazdığı məqalədə Alaattin Çakıcı ilə Sedat Pekerin telefonla danışdığı iddia edilir. İddialara görə, iki tərəfin də hörmət etdiyi bir şəxs araya girərək onları barışdırıb. İki mafiya lideri telefon söhbətindən sonra aralarındakı problemləri həll ediblər.

Ancaq hələlik bu söhbətlə bağlı tərəflərdən heç bir açıqlama alınmayıb.

Qeyd edək ki, A.Çakıcı 1998-ci ildə Fransada yaxalanıb. O, 19 il həbs cəzasına məhkum edilib. Sonradan məhkəmədə çıxış edən A.Çakıcı Türkiyə kəşfiyyatına işlədiyini bildirib.

Bəzi iddialara görə, Alaattin Çakıcı "Kurtlar Vadisi” teleserialının əsas personajlarından biri olan "Süleyman Çakır”ın prototipidir.


Tarix: 9-05-2020, 17:25
Xəbəri paylaş



Xəbər lenti