Rusiya ilə Almaniya arasında GƏRGİNLİK! – Kəşfiyyat idarəsi məxfi sənədləri ələ keçirib





Hurriyyet.org xəbər verir ki, Almaniyada dərc edilən “Der Şpigel” jurnalı federal polisə istinad edərək, Rusiyanın QRU hərbi kəşfiyyat xidmətinin Almaniya parlamentinə qarşı 2015-ci ildəki virtual hücumu zamanı Angela Merkelin seçki bürosundan bir çox elektron poçtu ələ keçirdiyini bildirib.
“Der Şpigel” Merkelin ofisindəki iki elektron poçtdakı 2012-ci ildən 2015-ci ilə qədər  yazışmalarının kompüter quldurların əlinə keçdyini və hakerlərin hər iki poçt qutusunu başqa bir kompüterə kopyaladıqlarını yazıb.
Almaniyanın Federal Məclis sistemlərinin 2015-ci ilin may ayında haker hücumuna məruz qaldığı əvvəllər də bildirilmiş, lakin hansı məlumatların oğurlandığı müəyyənləşdirilməmişdi.
Tarix: 9-05-2020, 00:17
Xəbəri paylaş



Xəbər lenti