“Biz onlarla döyüşən və yer üzündən “süpürülən” ilk respublikayıq”






Faşizm üzərində qələbənin 75-ci ildönümü yaxınlaşdıqca, vaxtiylə faşizmə qarşı müqavimət göstərən dövlətlər arasında öz tarxi xidmətlərini yada salan, yaxud bu xidmətləri əhəmiyyətli dərəcədə şişirdən ölklərin sayı artmaqdadır.

 

Moderator.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin faşizmə qarşı ilk ciddi silahlı müqavimət göstərən respublika olduğunu bildirib. Həmçinin, Belarus prezidenti qeyd edib ki, məhz göstərdiyi müqavimət səbəbi ilə faşistlər Belarusu yer üzündən “süpürüblər”.

 

Lukaşenko dünya dövlətlərini Belaruisda keçirilən paradda iştirak etməyə dəvət edib. Həmçinin qeyd edib ki, əgər kimsə bu parada gəlməsə belə, Belarus “özü üçün” bir parad təşkil edəcək.

 

Xatırladaq ki, faşizm üzərində qələbəyə ən böyük töhfə Azərbaycana məxsusdur və bu, dünyanın ən müxtəlif hərbi-siyasi ekspertləri, dövlət xadimləri tərəfindən etiraf edilməkdədir.

Tarix: 6-05-2020, 11:32
Xəbəri paylaş



Xəbər lenti