"Medvedev yenə Putini əvəzləsə də, o, lider olaraq qalır" - Gözlənilməz proqnoz…


Lukaşenko isə İttifaq dövlətinin spikeri olur…




“Artıq 2020-ci ilin yay-payızı ərzində Vladimir Putin Rusiya Prezidentliyindən istefa verə bilər”. 

Moderator.az xəbər verir ki,  belə bir  proqnozla Rusiyanın "Moskovskiy komsomolets" nəşrinə müsahibəsində məşhur rus politoloq Valeriy Solovey çıxış edib.

Politoloq Rusiya Federasiyası Kommunist Partiyasının rəhbəri Gennadi Züqanovun bir neçə gün öncə 2020-ci ilin sentyabrında növbədənkənar Prezident seçkilərinin keçirilməsini istisna etməməsi haqda bəyanatını əsas gətirib. V. Soloveyin sözlərinə görə, Züqanova Prezident Administrasiyasında deyilib ki,  yayda V. Putinin başçılığı ilə Rusiya-Belarus İttifaq dövləti yaradılması planlaşdırılır. Buna görə də Rusiya və Belarusda Prezident seçkiləri keçiriləcək. 

Siyasətşünas hesab edir ki,  Putinin yerinə Rusiya Prezidenti “seçilmək” şansına daha çox keçmiş Baş nazir Dmitri Medvedev malikdir.  O, bunu son vaxtlar Medvedevin siyasi meydanda hədsiz fəallığıyla əsaslandırıb.  V.Solovey hazırkı Belarus Prezidenti A.Lukaşenkoya da yüksək vəzifə “verib”: İttifaq dövlətinin parlament rəhbəri… 

Politoloq ehtimal edir ki, İttifaq dövlətinə ilk birləşənlər Qazaxıstan və Qırğızıstan olacaq.  O, hətta Ukraynanın da yaranmış mürəkkəb siyasi, iqtisadi durumunda Rusiya-Belarus ittifaqına qoşulmağa məcbur qalacağını iddia edib.

Tarix: 5-05-2020, 11:28
Xəbəri paylaş



Xəbər lenti