“Koronavirusdan ölümlə bağlı rəsmi məlumatlar xəstələrin 2-5% -nin öldüyünü göstərir, amma əslində ölüm 1% -dən də az ola bilər”.
Moderator.az İsrail nəşrlərinə istinadla xəbər verir ki, bu fikri mediaya açıqlamasında amerikalı bioloq Konstantin Çumakov söyləyib.
Onun sözlərinə görə, bu, “COVID-19” xəstəliyinə səbəb olan “SARS-CoV-2” virusunun epidemiyanın əvvəlində göründüyü qədər zərərli olmadığını göstərir.
“Əslində nə qədər insanın yoluxub, xəstələnib və ölməsi haqda məlumatlar görünməyə başlayır - məlum olur ki, ölüm 1% -dən azdır. Ancaq rəsmi rəqəmlər 2 -5% arasında olduğunu göstərir. İtaliyada daha da çox. Bu, indiyə qədər infeksiyaya yoluxma halları və xəstələrin sayı ilə bağlı dəqiq statistikanın olmaması ilə əlaqədardır.
Ölən bir insanı qeyd etməmək çox çətindir, xəstələri isə asan. Hələ xəstəliyə yoluxmuş və simptomları olmayan insanları demirəm. Beləliklə, aydın olur ki, “COVID-19” xəstəliyinə səbəb olan “SARS-CoV-2” virusu deyildiyi qədər də çox zərərli deyil"- deyə mütəxəssis bildirib.