“Kim Çen Inın ölüm xəbəri yaxında təsdiqlənə bilər” - Cənubi Koreya agentliyi də bununla bağlı məlumat yaydı

 
Şimali Koreya lideri Kim Çen Inın öldüyü barədə gedən informasiya “yüz faizə yaxın”dır.
Cənubi Koreyanın “Yonhap” agentliyi 2006-cı ildə şimaldan qaçan Çi Son Ho adlı dissidentə istinadən belə bir məlumat yayıb. Çi Son Ho hazırda tanınmış hüquq müdafiəçisi və “Gələcək Koreya” partiyasının fəalıdır.
“Bu, yüz faizlik olmasa da, 99%-lik doğru olan bir xəbərdir. Şimali Koreya rəhbərliyinin ölümlə bağlı xəbəri gizlətməkdə tək məqsədi varislə bağlı problemi yoluna qoymaqdır”, - deyə o, söyləyib.
Çi Son Ho KXDR lideri Kim Çen Inın ürək əməliyyatından sonra çox dayana bilməyəcəyinin əslində hər kəs tərəfindən bilindiyini deyib. O, olduqca etibarlı qaynaqlarından dikatatorun hələ ötən həftənin bazar günü dünyasını dəyişdiyini qeyd edib.
Buna rəğmən koreyalı dissident informasiya mənbəyinin adını açıqlamayıb. O, hazırda ən real namizədin Inın bacısı Kim Yo Çjon olduğunu vurğulayıb.
Musavat.com
Tarix: 1-05-2020, 20:28
Xəbəri paylaş



Xəbər lenti