Şri-Lankada koronavirus (COVID-19) yoluxma hallarının artmasından sonra ölkə miqyasında yenidən komendant saatı elan edilib.
Cebhe.info xəbər verir ki, Prezident Aparatından verilən açıqlamada bu gün yerli vaxtla saat 20.00-dan mayın 4-ü 05.00-a qədər ölkə daxilində komendant saatları tətbiq ediləcəyi bildirilib.
Belə ki, ada ölkəsində indiyə qədər COVID-19 pandemiyasına yoluxanların sayı 649- çatıb. Şri-Lankada epidemiya səbəbindən 7 nəfər həyatını itirib.
Qeyd edək ki, ölkədə martın 20-dən tətbiq olunmağa başlayan komendant saatı 20 apreldə qismən qaldırılıb. Yoluxma hallarının sayında artım müşahidə edildikdən sonra ölkə daxilində yenidən komendant saatı tətbiq edilməyə başlanılıb.