“İnsanlara azadlıqlarını geri verin” - Elon Musk


“İnsanlara azadlıqlarını geri verin” - Elon Musk

Elon Musk koronavirusla mübarizə çərçivəsində ABŞ-ın bəzi ştatlarında tətbiq olunan karantin rejimini faşizm adlandırıb.

Cebhe.info xarici KİV-ə istinadən xəbər verir ki, “SpaceX”in qurucusu və elektrikli avtomobil istehsalçısı “Tesla” şirkətinin baş direktoru olan Elon Musk, koronavirusla əlaqədar ABŞ-ın bəzi ştatlarında tətbiq olunan çölə çıxma və market açma qadağaları haqqında “Bu faşizmdir. İnsanlara azadlıqlarını geri verin”, - ifadələrini işlədib.

“Ford” kimi avtomobil nəhənglərinin hazırkı vəziyyətdə milyardlarla dollar zərəri açıqlanmasına rəğmən birjadakı səhmləri təxminən yüzdə 10 artan “Tesla”nın baş direktoru, çıxış etdiyi konfransda dövlətin tətbiq etdiyi qadağaları sərt tənqid edib.

Tarix: 30-04-2020, 11:13
Xəbəri paylaş



Xəbər lenti