Livan çevriliş ərəfəsindədir: Əhali küçələrdə, “Hizbullah” tətikdə...


Livan çevriliş ərəfəsindədir: Əhali küçələrdə, “Hizbullah” tətikdə...

Livan çevriliş ərəfəsindədir.

Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, bir neçə gündür davam edən etiraz aksiyalarına müdaxilə nəticəsində ölü və yaralılar var. Pis həyat şəraitinə etiraz edən aksiyaçıların Beyrutda keçirdiyi aksiya barədə məlumatı "Israellinfo" yayıb. Məlumata görə, paytaxtda mitinq polislə qarşıdurma ilə müşayət olunub. Aksiyaçılar banklara və mağazalara hücum edib, şüşələr sındırılıb.

Tir və Sayda şəhərlərində də aksiyalar başlayıb. Hərbçilər aksiyaların qarşısını almağa çalışısalar da, buna müfəffəq olmayıblar. Bir gündə 54 əsgər xəsarət alıb.

Ölkədə aksiyalara koronavirusun yayılması və lirənin məzənnəsinin aşağı düşməsi ilə başlayan sosial problemlər səbəb olub. Qiymətlər 50 faizdən artıq bahalaşıb. Əhali həyatın daha da ağırlaşmasına etiraz edir.

Ekspertlər hesab edir ki, aksiyalar fonunda ölkədə hakimiyyət radikal "Hizbullah" təşkilatının əlinə keçə bilər.

Tarix: 30-04-2020, 11:05
Xəbəri paylaş



Xəbər lenti