Ukraynada koronavirusa yoluxanların sayı 10 000-ə çatır

 
Ukraynada daha 401 nəfərdə koronavirus aşkarlanıb.
“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, Ukraynada koronavirusa yoluxma faktlarının sayı 9 410-a çatıb.
Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 19 nəfər artaraq 239 nəfərə yüksəlib.
İndiyədək 992 nəfər koronavirusdan sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 065 000-i ötüb. Bunların 922 889 nəfəri sağalıb, 211 639 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Tarix: 28-04-2020, 11:48
Xəbəri paylaş



Xəbər lenti