Türkiyənin məhşur aparıcısı, şoumen, media sahibkarı Acun İlicalı Ramazan ayı ilə əlaqədar xeyriyyəçilik edəcək.
Cebhe.info xəbər verir ki, İlıcalı prezident Rəcəb Tayyib Ərdoğanın başlatdığı Milli Həmrəylik Kampaniyasına qoşulub. İlicalı 20 min ailəyə 20 min ərzaq bağlaması göndərəcək.
“Ramazan ayı birlik, bərabərlik və paylaşma ayıdır. Koronavirus epidemiyası ilə bağlı olaraq insanlar işsiz qaldı, maddi sıxıntı içərisində olanlar var. Ölkəmizdə bir həmrəylik aksiyası başlayıb. “Survivor” ailəsi olaraq istəyirik ki, bu aksiyada payımız olsun”-deyə, Acun bildirib.