B.Qeytsin T.Qebresiusun ÜST baş direktoru təyinaTına lobbiçilik etməsinə nə səbəb olub?..
Hazırda "koronavirus pandemiyası" deyilən qlobal prosesin səbəbləri haqqında bir çox konspiroloji nəzəriyyələr və versiyalar ortaya çıxır. Bunlardan biri də Bill və Melinda Qeyts Fondunun "bütün planeti peyvənd etmək" maraqları ilə bağlıdır. Ancaq bəzi beynəlxalq strukturların "icazəsi" olmadan bunu reallaşdırmaq mümkün deyil. Bu versiyanın tərəfdarları Bill Qeytsin doktor Tedros Adan Qebresiusun başçılıq etdiyi Ümumdünya Səhiyyə Təşkilatı ilə "xüsusi" əlaqələri barədə də iddialar irəli sürürlər. Həmin iddialara görə, Qeyts Fondu ÜST-nin maliyyələşdirilməsində fəal iştirak edir və T.Qebresius da öz növbəsində Qeytsin ideyalarının həyata keçirilməsinə töhfəsini verir. Xüsusilə, Bill və Melinda Qeyts Fondunun hazırkı ÜST direktorunun hələ Efiopiya Səhiyyə Nazirliyinin rəhbəri olduğu dövrdə onunla əhəmiyyətli əlaqələrə sahib olduğu iddia olunur. Bunun sayəsində Fond ölkədə peyvənd məsələlərinə lobbiçilik edib, eyni zamanda kənd təsərrüfatında müxtəlif növ təcrübələr apararaq maliyyə gəlirləri əldə edib. Bu qarşılıqlı əlaqə Bill Qeytsin Tedros Qebresiusun ÜST baş direktoru təyin edilməsinə lobbiçilik etməsinə səbəb olub ki, həmin təşkilat vasitəsilə Fond uzaq məqsədlərə xidmət edən insanlara davamlı kütləvi peyvənd etmək ideyasını uyğun şəkildə həyata keçirə bilsin...
Xüsusilə, ABŞ prezidenti Donald Trampın ÜST-nin Vaşinqton tərəfindən maliyyələşdirilməsini dayandırması ilə bağlı səsləndirdiyi bəyanat fonunda bu fikirlərin nə dərəcədə haqlı olduğunu araşdırmaq maraqlı olardı. Bu məqsədlə Rusiya nəşrlərindən biri məşhur analitik, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin eksperti Teymur Ataevə müraciət edib.
Həmyerlimizin rus dilində nəşr olunmuş araşdırması əsasında diqqətinizə bu gün dünyada baş verənləri daha yaxşı anlamağa kömək edəcək bir xronoloji fakt toplusunu nəzərinizə çatdırırıq. Konspirologiya ittihamlarının qarşısını almaq üçün Rusiya portalı bu materialı bilərəkdən heç bir şərh vermədən təqdim edərək nəticəni oxucuların öz öhdəsinə buraxır...
Moderator.az həmin araşdırmanın tərcüməsini müzakirənizə buraxır:
“2006-cı ildə Bill və Melinda Qeyts və Rokfeller Fondları "on milyonlarla insanın həddindən artıq yoxsulluqdan qurtulmasına və aclığın azaldılmasına kömək edəcək kiçik təsərrüfatların məhsuldarlığını əhəmiyyətli dərəcədə artırmaq üçün" qurulan Afrikada Yaşıl İnqilab üçün Alyansın (“AGRA”) yaradıldığını elan etdi. Qeyd edildiyi kimi, “AGRA”-nın fəaliyyəti uzun perspektivdə "həm əkinçiliyi, həm də əlaqəli iqtisadi problemləri, torpaq münbitliyi və suvarma, fermerlərin idarəetmə üsulları və fermerlərin bazarlara çıxışı, habelə, maliyyələşməni həll etməklə Afrikada kənd təsərrüfatının inkişafına təkan verəcəkdir" (1).
2006-2007-ci illərdə Efiopiya ölkənin səhiyyə sektorunun gücləndirilməsini dəstəkləmək üçün İmmunlaşdırma Proqramlarının Beynəlxalq Maliyyələşdirilməsi Sisteminin(“IFFIm”) xətti ilə 69 milyon dollar alıb. “IFFIm”-in vəsait meneceri Dünya Bankıdır (DB). DB donorlarla əlaqə saxlayır, borclarını və ödənişlərini, eləcə də tərəfdaşları arasında Bill və Melinda Qeyts Fondunun (2) da olduğu Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyans (VIQA) vasitəsilə səhiyyə sistemlərinin və immunizasiya proqramlarının gücləndirilməsi üçün “IFFIm” xərclərini idarə edir. 2000-2005-ci illər ərzində VIQA bu məqsəd üçün 750 milyon dollar ayırdı (3).
2005-ci ildə Bill və Melinda Qeyts Fondu 10 illik müddətə VIQA-nın fəaliyyətlərinə daha 750 milyon dollar sərmayə qoymağı qərara aldı (4). (2008-2009-cu illərdə Efiopiyanın Səhiyyə naziri olan hazırkı ÜST rəhbəri T. A. Gebreisus VIQA idarə heyətinin üzvü idi (5, 6)).
2008-ci ildə "JSI Research & Training Institute Inc.” (araşdırma və təlim institutu) Efiopiyada reproduktiv, ana, yeni doğulmuş və uşaq sağlamlığında davamlı inkişafa dəstək vermək üçün Bill və Melinda Qeyts Fondundan 14.7 milyon dollarlıq qrant aldığı barədə məlumat verdi (7). Elə həmin il Beynəlxalq Yardım və İnkişaf “Oxfam” Amerika Agentliyi Efiopiyanın quraqlıq və ərzaq böhranından təsirlənən 225.000-dən çox insana yardım etmək üçün Bill və Melinda Qeyts Fondundan 2 milyon dollarlıq qrant aldı.
Eyni zamanda, Efiopiya istiqaməti özünü “Emory Universiteti” və Bill və Melinda Geyts Fondu tərəfindən maliyyələşdirilən “University Research Co (URS) - Center for Human Services” (İnsan Xidmətləri Mərkəzi) vasitəsilə biruzə verməyə başladı. Quruluşun ilk addımları QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond, ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Bill və Melinda Qeyts Fondu tərəfindən maliyyələşdirilən layihələrə dəstək idi (9)”.
Mənbələr:
1.Bill & Melinda Gates, Rockefeller Foundations Form Alliance to Help Spur “Green Revolution” in Africa
https://www.gatesfoundation.org/media-center/press-releases/2006/09/foundations-form-alliance-to-help-spur-green-revolution-in-africa
2. “IFFIm”-in illik fəalliyyətinin nəticələri.
https://iffim.org/sites/default/files/library/publications/iffim-updates/iffim-update-2--russain-/fund_disburse_NO7_RU.pdf
3.Bill & Melinda Gates Foundation Announces $750 Million Gift to Speed Delivery of Life-Saving Vaccines
https://www.gatesfoundation.org/Media-Center/Press-Releases/1999/11/Global-Alliance-for-Vaccines-and-Immunization
4. “ÜST-nin baş direktoru qlobal vaksinləşməyə kapital qoyuluşunu yüksək dəyərləndirir” https://www.who.int/mediacentre/news/statements/2005/s01/ru/
5.GAVI Alliance Board Meeting – 29 & 30 October 2008
http://origin.who.int/immunization/sage/GAVI_Board_Minutes_Oct_08_final.pdf
6.GAVI Alliance Board Meeting – 2-3 June 2009
http://www9.who.int/immunization/sage/Jun09_FINAL_Report.pdf
7.Gates Foundation Awards $14.7 Million to Improve Health in Ethiopia
https://philanthropynewsdigest.org/news/gates-foundation-awards-14.7-million-to-improve-health-in-ethiopia
8.Oxfam America awarded $2 million by Bill & Melinda Gates Foundation to fight Ethiopian Drought and Foo
https://www.oxfamamerica.org/press/oxfam-america-awarded-2-million-by-bill-melinda-gates-foundation-to-fight-ethiopian-drought-and-food-crisis/
9.Ethiopia
https://www.urc-chs.com/africa/ethiopia
(Davamı var)
Tərcümə etdi: Sultan Laçın