Koronavirusun daha bir ürəkdağlayan hadisəsi - Dörd övlad ataları ilə telefonda vidalaşdı





ABŞ-ın fərqli əyalətlərində və müxtəlif ölkələrdə olan dörd bacı-qardaş Amerikanın Roçester şəhərində yaşayan koronavirus xəstəsi olan ataları ilə 30 saatlıq telefon bağlantısından sonra  vidalaşıblar.

Moderator.az BBC-yə istinadla xəbər verir ki, Texas, Nyu York, Şimali Karolina və Danimarkada yaşayan bacı-qardaş aprelin 7-də vəfat edən 76 yaşlı ataları Don Adairə son nəfəsinə qədər mahnı oxuyublar.

Xəstəxanaya gəlməsinə icazə verilməyən övladlar tibb bacısının köməyi ilə ataları ilə danışa biliblər.
Xəstəxanadan səkkiz kilometr məsafədə yaşayan Adairin qızı Adair Reinhard adı açıqlanmayan tibb bacısına zəng vurub telefonu atasının qulağına tutmağı xahiş edib. Daha sonra telefon söhbətinə digər övladlar da qatılıb.

Övladları danışa bilməyən, ancaq onları eşidən atalarına xatirələrini danışıblar və mahnı oxuyublar. Görüş Adairin son nəfəsini verənə qədər davam edib.
Tarix: 24-04-2020, 11:07
Xəbəri paylaş



Xəbər lenti