17-ci yüzillikdə Avropanı cənginə alan vəba epidemyasından xilas olan İngiltərənin Eyam kəndi epidemiyanın ölkəyə yayılıb daha çox insanın həyatına son qoymasını əngəllədiyi üçün hələ də xatırlanır.
Moderator.az xəbər verir ki, yeni növ koronavirusla birlikdə yaşananlar 1666-cı ildə İngiltərənin Eyam kəndində epidemiya səbəbi ilə yaşananları yenidən gündəmə gətirib.
İngilis mediasındakı xəbərlərə görə, sözügedən kənd 1665-1666-cı illərdə meydana gələn vəba epidemiyası zamanı karantin qərarı alaraq epidemiyanın yayılmasının qarşısını alıb.
Əyalət sakinləri paytaxt Londondan gələn parçaların içindəki birələr səbəbi ilə yayıldığı düşünülən xəstəliyin ölkənin şimalına yayılmasının qarşısını almaq üçün 6 ay boyunca özlərini karantinə alıb.
Epidemiyanın sonunda 700 nəfərlik əyalətdə 250-dən çox insan həyatını itirib. Elizabet Hankok adlı bir qadın səkkiz gün içində əri və altı övladını toprağa tapşırıb. Epidemiya zamanı verilən qərar səbəbi ilə hər ailənin öz ölüsünü basdırdığı üçün Hankok ailəsinin məzarını da özü qazmaq məcburiyyətində qalıb.
Bütün bunlara baxmayaraq kəndlilərin fədakarlıq göstərərək həyata keçirdikləri karantin tədbirləri nəticəsində on minlərlə insanın həyatını itirməsinə yol açan epidemiya nəzarət altına alınıb.
Avropada "Kovid-19" epidemiyasından ən çox təsirlənən ölkələrdən biri olan İngiltərədə üzərindən 350 il keçməsinə baxmayaraq kənd sakinlərinin gördüyü karantin tədbiri böyük bir cəsarət örnəyi olaraq göstərilir.