İnək əmən əsgərlər, qarı nənənin şikayəti və Brejnevin səfəri haqda... - Foto

İndiki əsgəri xidmət barədə bir söz deyə bilmərəm, amma Sovet dövründə hərbi borcu yerinə yetirən gənclərin başına gələn bəzi maraqlı hadisələr haqda arada öz qedlərimi yazıb oxuculara təqdim edirəm.
Hərbi hissəmiz Uzaq Şərqdə, az qala Sakit okeana pərçimlənmiş mənzərəli bir yerdəydi. Yaxınlıqda kiçik, kasıbyana bir qəsəbə də vardı. Komandir heyətinin bəzi üzvləri zabitlər üçün tikilmiş mehmanxanada yaşasa da, bir çoxları həmin kiçik qəsəbədə kirayənişin idi. Demək istədiyim odur ki, “gəlmə” hərbçilərlə yerli sakinlər arasında xoş münasibət vardı. Amma...
Uzaq Şərqin füsunkar təbiəti var. Xatırlayıram, yaz təzəcə gəlmişdi. Qışla yazın “əlbəyaxa” davası gedirdi. Martın sonları, aprelin əvvəlləri idi. Günlərin bir günü batalyon komandirinin əmri ilə bütün heyət, zabitli-əsgərli sıraya düzüldü. Bir neçə gün idi ki, alayda ciddi quruculuq, təmizlik, yaşıllıq işləri aparılırdı. Səbəb də bu idi, həmin günlərdə SSRİ-nin Baş katibi Brejnev yoldaş həm, Baykal-Amur magistralında (BAM) tikinti işlərinin gedişi ilə tanış olacaq, həm də Uzaq Şərqə təşrif gətirəcəkdi.
Məlumat üçün deyim ki, BAM-ın tikintisinə Sovet dövləti indiki hesala 80 milyard dollar pul xərcləmişdi.
Bir qədər romantik, bir qədər kövrək, bir qədər də skleroz olan qocaman Baş katib bu səfəri zamanı tank alayının heyəti ilə də yolüstü görüşəcəkdi. Axı o, vaxtilə tankçı olmuşdu. Elə biz də tankçı idik, amma deyəsən dövlət rəhbərinin görüşü başqa hərbi hissədə olacaqdı...
Düzdür, BAM bizdən xeyli aralı idi. Amma o vaxtkı “genaralitetin” əmri ilə əsgərlər gecə-gündüz Brejnevin gəlib keçəcəyi dəmir yolunun, stansiyaların keşiyini çəkirdilər...
Bəli, hamımız sıraya düzüldük. Ciddi və zarafarcıl batalyon komandiri ştabdan çıxıb iri, möhkəm, qəti addımlarla cərgəyə sarı irəliləyəndə hamı özünü yığışdırdı. Biz düşünürdük ki, komandir Baş katibin gəlişi ilə bağlı şəxsi heyətə yenə də hansısa tapşırıqları verəcək, təkliflərini irəli sürəcəkdi. Amma... İndi onun arxasınca yaşlı, ayaqlarını güclə sürüyən bir qadın da gəlirdi. Komandir ayaq saxlayıb, həmişə olduğu qaydada şəxsi heyətlə salamlaşdı və kənarda dayanmış qarını yanına dəvət etdi. Qadın gəlib komandirin böyründə dayandı.
Komandirin məlumatından belə məlum oldu ki, ötən gecə bu qarının həyətində ÇP (FH) baş verib. İki əsgər qarının tövləyə bağladığı inəyi əmiblər. Bəli, bəli, ürəklərindən süd içmək keçən, amma inək sağmağı bacarmayan əsgərlər iribuynuzlu heyvanın əmcəyini ağızlarına alıb əmiblər.
Məsələ həm də burasındadır ki, o vaxt əsgərlər üçün babat yeməklər hazırlanırdı. Menyuda nələr yoxdu: balıq və mal ətindən tutmuş, ta yumurta və qatığa qədər hər şey verirdilər. Hə, çox şey verirdilər, təkcə təzə süddən başqa. Görünür, cavan əsgərlərin könlündən əmcəyindən indicə sağılmış süd keçirmiş və onlar ələ düşən ilk imkandan istifadə etmək qərarına gəlibmişlər.
Diribaş qarı əsgərləri elə inəyin altındaca, yəni heyvanın əmcəkləri onların ağzında olarkən yaxalayıbmış. Amma əsgərlər də diribaş imiş, onlar qarının hənirini eşidib cəld aradan çıxmışdılar. Əlbəttə, bu, həm xoşagəlməz, həm də bir az məzəli hadisə idi. Komandir hadisəni təfsilatı ilə danışarkən, hamının üz-gözündən bir təbəssüm dalğası keçdi. Həmişə zarafatı sevən kombat isə bu gün möhkəm hirslənmişdi. Hər necə olursa olsun, qarının inəyini əmən əsgərlər tapılmalı idi. O biri yandan da Baş katibin gəlişi ilə bağlı görülən ciddi işlər...

Bəli, vəziyyət ciddi idi. Üstəlik də bu günlərdə ölkə rəhbərinin Uzaq Şərqə gəlişi gözlənilirdi. Və üstəlik, qarı nənə müharibə iştirakçısı olmuşdu. Allah bilir, bəlkə də bu veteran qarı bir zamanlar Brejnevlə bir alayda vuruşmuşdu. Onlar lap yaxın tanışlar da ola bilərdi. Sanki bu xoşagəlməz xəbər gedib şəxsən əziz Leonid İliçə çatacaqdı...
Qarı nənə ayaqlarını sürüyə-sürüyə bir neçə dəfə nizami cərgənin qarşısından o baş-bu başa keçdi. Əlbəttə, belə “axtarış” çətin ki, bir səmərəli nəticə verəydi. Komandirlə “pıçhapıçdan” sonra şəxsi heyətə “azad ol” əmri verildi. Hərə öz işinin arxasıyca getdi.
Bir neçə gündən sonra Baş katıb o vaxtkı Müdafiə naziri Dmitri Ustinovun müşayəti ilə Primoryenin paytaxtı Vladivostoka daxil oldu. Onu gətirən qatar yaxınlıqdan keçdi. Hətta, əsgər və zabitlərin çoxu pəncərə arxasından çölə sarı əl edən Leonid İliçi görüb çox bəxtəvər, xoşbəxt və sevincək olmuşdular...
İnəyi əmən əsgərləri isə çox tezliklə qonşu hissədə-“stroybatda” tapıb cəzalandırdılar.
Tarix: 21-04-2020, 09:26
-
Bu gün, 09:45
Abdin Fərzəliyevlə Hacı Məhərrəm “My Beach” restoranının ərazisini genişlədirir - VİDEO
-
Bu gün, 09:39
Deputat Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma
-
Dünən, 23:17
Peşə Təhsili Agentliyində kadr xaosu - Boş ştatlar, bölüşdürülən maaşlar …
-
Dünən, 23:16
Mossad İranda nə etməyi planlaşdırır: Gizli əməliyyatları genişləndirmək və...
-
Dünən, 22:38
Zakir İbrahimovun oğlunun mediadakı arxivi: "Qızıl Oğlan", Şübhəli Tenderlər və "PP" Seriyalı Lüks Həyat
-
Dünən, 22:27
Bakıda mühüm yenilik: Əliyev məsələ qaldırmışdı, ölkənin rolu dəyişdi
-
Dünən, 22:12
Gigiyena və Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü
-
Dünən, 22:07
Əli Əsədovun biznes və tikinti imperiyası...-FOTO/ VİDEO
-
Dünən, 22:06
AAYDA-nın İdarə rəisi niyə təşviş içindədir? - Nazim Eynallı dövlətə xidməti reklama çevirib
-
Dünən, 15:53
Kamaləddin Qafarovun şirkətləri 4 ayda 16 milyonluq tender qazanıb?
-
Dünən, 15:44
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
-
Dünən, 11:34
"DİM dövlətin qurumudur, kiminsə şəxsi müəssisəsi deyil" - İlqar Orucovdan sərt REAKSİYA
-
Dünən, 11:24
13 milyonluq mənfəət, yoxsa 251 milyonluq likvidlik kəsiri? – "AccessBank"-da nə baş verir?
-
Dünən, 11:22
Təhsil sistemində NƏLƏR BAŞ VERİR?.. - İLGİNC İDDİALAR
-
Dünən, 11:12
Şamaxı səhiyyəsində MÖCÜZƏLİ RƏHBƏR - TƏBİB-in köhnə şefi bilirdi... təzə şef də indi BİLDİ!
-
Dünən, 11:08
Tibbi sığorta: KAĞIZ ÜZƏRİNDƏ GÖZƏLDİR... - AMMA REALDA...
-
Dünən, 10:09
“Neqodnı”lar hərbi xidmətə çağırılacaq?
-
Dünən, 10:01
Qərbin sərhədimizdə “yumşaq nəzarət” qərarı - ZİBİLƏ DÜŞMÜŞÜK...
-
Dünən, 08:23
ABŞ ordusu İranla əlaqəli 13 gəminin ələ keçirildiyini açıqlayıb
-
Dünən, 08:21
Bu agentliydə qalmaqallı iclas - Eşqi Bağırovun sərt çıxışı nəyə hesablanıb?
-
Dünən, 08:15
Özünü bank əməkdaşı kimi təqdim edərək kartdan pul oğurlayan şəxs saxlanılıb
-
Dünən, 08:08
Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu bir araşdıran olsa... - İLGİNC FAKTLAR...
-
Dünən, 08:07
"Gold Concept Mobilya"nın külli miqdarda borcu var
-
Dünən, 08:03
Səhiyyə sisteminin YAŞ HƏDDİ BƏLASI - BELƏ DAVAM EDƏRSƏ...
-
16-04-2026, 22:50
İran bu savaşdan nə qazandı? – Müharibənin davam etməsini istəyən QÜVVƏLƏR
-
16-04-2026, 21:57
"Azərbaycanla Ermənistan arasında ticarətin birdən-birə bərpasını gözləmək düzgün deyil, lakin..." - TƏHLİL
-
16-04-2026, 21:31
Rusiyanın Odessaya hücumlarında 9 nəfər ölüb, 23 nəfər xəsarət alıb
-
16-04-2026, 21:27
Elmar Vəliyevin kadrları Gəncədə yeni qarşıdurma riski yaradıb - NARAZILIQ VAR...
-
16-04-2026, 21:25
İTM daha bir milyonluq tenderə hazırlaşır: Bu dəfə kim udacaq?
-
16-04-2026, 18:07
"Mahal MTK"dan şikayət: Çıxarış və lift yox, mansartda qanunsuz mənzillər (VİDEO)