Amerikalılar koronavirus bəlasına əhəmiyyət verməyərək, Florida çiməliklərinə axışdılar - FOTOLAR

 

Dünyanın bəlasına çevrilən koronavirusun hazırda ən çox qurbanı ABŞ-da yaşanmaqdadır. Bu günə qədər ABŞ-da 738 min 913 nəfər virusa yoluxub, 39 min 15 nəfər isə dünyasını dəyişib. Bu statistika ilə koronavirus ucbatından ən çox itki verən ölkələr sırasında ABŞ 1-ci yerdədir. 

Bütün bunlara baxmayaraq ötən gün ABŞ-ın Florida ştatının sakinləri Caksonville əyalətindəki çimərliklərə axın edib. İnsanlar sosial məsafəyə riayət etməyərək, sahil gəzintisinə çıxıblar.  

Hökumət Florida ştatındakı bəzi çimərliklərin və parkların qismən açılmasına icazə verib. Bildirilib ki, sahillərə gələn sakinlər yalnız velosiped sürə və yürüş edə bilərlər. Beləliklə axşam saatlarında çimərliklərin açıq olacağını eşidən sakinlər bir andaca sahillərə axın ediblər. 

Pandemiyanın ilk zamanlarında həmin çimərliklərin hamısı bağlanmışdı. Səbəb isə tətil sonrası tələbələrin sahillərə axın etməsi və sonradan əksəriyyətinin koronavirusa yoluxması olmuşdu. 


Musavat.com 

 



Tarix: 19-04-2020, 13:50
Xəbəri paylaş



Xəbər lenti