İranda hərbi parad keçirildi


İranda hərbi parad keçirildi

Ordu günü ilə əlaqədar aprelin 17-də İranın böyük şəhərlərində hərbi parad keçirilib.

AzərTAc bildirir ki, paradda İran ordusunun bioloji və kimyəvi silahdan müdafiə qüvvələrinin texnikası nümayiş etdirilib. Tehranda paraddan sonra bəzi bölmələr birbaşa dezinfeksiya tədbirlərini həyata keçirməyə yola düşüblər.

Hərbi paradda iştirak edən Prezident Həsən Ruhani deyib ki, İran ordusu müharibənin yox, sülhün, əmin-amanlığın simvoludur. Koronavirusla mübarizədə İran ordusu ön sıralarda oldu və xalqın müdafiəsini təmin etdi.

Paradı qəbul edən İranın Müdafiə naziri, general Əmir Xatəmi bildirib ki, ordu daim xalqın yanında olub və onun müdafiəsinə hər zaman hazırdır.

Cebhe.info

Tarix: 17-04-2020, 21:20
Xəbəri paylaş



Xəbər lenti