Pandemiya günlərində Rusiyanı daha betər bəla bürüyüb - Əyyaşlıq


 Rusiya koronavirus pandemiyası günlərində özünün tarixi və ənənəvi bəlası ilə üzləşib.
“Doktor Azad Asadullin ölkənin cənub-mərkəz hissəsinə yerləşən bir xəstəxananın baş həkimidir. İndi o, rəhbərlik etdiyi xəstəxanasını ehtiyat çarpayılarla, dərmanlarla, dezinfeksiya vasitələri ilə doldurmaqla məşğuldur. Lakin onun hazırlaşdığı bədbəxtlik epidemiya yox, alkoqolizm və əyyaşlıqdır”,-deyə “The New York Times” qəzeti yazır.
“Epidemiya günlərində spirtli içkilərin həddən artıq istifadəsi ilə bağlı qayğılar əslində bütün dünyada var. Çünki insanlar evə qapanıb özlərinə araq butulkası ilə təskinlik verirlər. Bu da alkoqol tərkibli içkilərin satışında partlamaya gətirib çıxarıb”,-deyə yazıda qeyd olunur.
Bu ilin mart ayının sonunda prezident Putin koronavirusun yaıylması ilə əlaqədar ümummilli istirahət günlərini bəyan etdikdə araq satışı Rusiyada 65% artıb. Məişət zorakılığına qarşı mübarizə ilə məşğul olan QHT-lər isə son vaxtlarda əyyaşlıq zəminində evlərdə qadınlara qarşı döyülmə hallarının olduqca yüksəldiyini qeyd edirlər.
“Bəzi adamlar bu həftələri uzun məzuniyyət günləri kimi qəbul edir. Lakin bütün bunlar olduqca pis nəticələrə gətirib çıxarıb”,-deyə Yakutiya qubernatoru Aysen Nikolayev qeyd edir. Həmin səbəbə görə, 300 min əhaliyə malik vilayət rəhbərliyi hər yerdə alkoqol satışını yasaqlayıb.
“Keçmiş Sovet İttifaqında yayılan yanlış təsəvvürə görə, guya araq qəbulu xəstəliklərin qarşısını alır. Əsas problem də elə bundan irəli gəlir”,-deyə yazı müəllifi Anton Troyanovski bu yaxınlarda Belarus lideri Aleksandr Lukaşenkonun müvafiq sözlərini xatırladıb.
“Həkimlərin və məmurların dediyinə görə, özünütəcridlə bağlı yaranan darıxma və qayğı Rusiyanı alkoqolizmlə mübarizədə 50 il arxaya ata bilər”,-deyə Moskvadakı narkomaniyadan müalicə üzrə özəl klinikalardan birinin baş hakimi olan Andrey Kazantsev müəllifə danışıb.
Başqırdıstan Respublikasında narkotik asılılıqdan qurtulmaq üzrə xəstəxanaya rəhbərlik edən Azad Asadullin isə hazırda buraya yalnız Yeni il bayram günləri ilə müqayisə olunacaq xəstə axınının gələcəyini gözləyir. Onun sözlərinə görə, ruslarda dəbdə olan “zapoy” problemi koronavirusun gətirəcəyi ikinci bəla olacaq.
Məişət zorakılığı üçün qurulan “Anna” böhran mərkəzinin idarəçisi Marina Pislakova isə təkcə mart ayında təşkilatın qaynar xəttinin həmin problemlə bağlı 3000 telefon zəng aldığını bildirir. Bu isə fevral ayı ilə müqayisədə 25% çoxdur. Bundan başqa, buraya hələ polisə edilən zənglər nəzərə alınmayıb.
Musavat.com
Tarix: 17-04-2020, 17:52
Xəbəri paylaş



Xəbər lenti