Adam oturub- durur, fikirləşir, məncə Azərbaycan xalqının ağıl problemi yoxdur...Hətta lazım olduğundan da ağıllıdır. Mən gənclik vaxtında Qriboyedov “Ağıldan bəla” əsərini oxuyanda bəlkə də bizdən ilhamlanaraq yazıb. Çünki o, Təbrizin konsulu idi. Odur ki, Azərbaycan xalqını allatmaq çətindir. Əlbəttə bizdə axmaq adamlar da az deyil. Amma mənim fikrimə görə, səfehlər oxumuş adamlar arasında üstünlük təşkil edir. Səbəb odur ki, hansı səfeh ideyalar aşlayan nəzəriyyələr, bizi təbiiyi yolumuzdan caşdırıb yalnış istiqamətlərə aparır və ağlımız başımıza gələndə gec olur.. Məsələn, şəhərdə böyümüş mədəni bir adam, oxuduğu hansı romanın təsiri altında kəndə üz tutur. Məqsəd ordakı savadsız insanları maarifləndirmək, onlara yazı-pozu öyrətmək, orda təsərrüfatla məşqul olmaq, yer əkmək, heyvan saxlamaq, saf bir kəndlı qızı ilə evlənmək, sağlam uşaqlar dünyaya gətirməkdir. O bu yolla getsə də, arzularını həyata keçirə bilmir çünki reallıqla bunları etmək çox çətin, hətta mümkünsüzdir. O kəndə onun başına elə bir oyun açarlar ki, canını götürüb qaçmağına sevinər Ancaq kitab oxumaqdan “cahil”dediimiz adamlar bunu qabaqcadan bilirlər. Yalnız şəhər adamlarının kənddə təkbaşına, arxasız- köməksiz, pulsuz- pənəsiz baş çıxara bilməyəcəyini, hec olmasa, olmayan aglı ilə tutuşgursun. İndi bizim Avropada, orda-burda ingilist dilində oxumuş savadlılarımız Azərbaycan xalqını bəyənməyərək ona ağıl öyrədənlər, demokratiya dərsi keçir, nələrisə unutdurmağa çalışırlar. Amma xalq onlara inanmır və haqlı olaraq inanmır. Tutaq ki, cavan bir oğlan deputatlığa namizəd olur. Çıxır xalqın qarşısına ki, ay filan yerdə oxumuşam, filan adamlarla gğrüşmüşəm, filan qədər kitab vərəqləmişəm, filan qədərini yazmışam, və s. Xalq ona sakitcə qulaq asır və hec əhəmiyyət vermir. Məncə sadə xalq haqlıdır, çünki o cavan oğlan heç nə edə bilməyəcəyini, yalnız özü üçün çalışdığını əla bilir. Ondansa nağd olaraq nəsə təklif edənə səs verir. Çünki, qazancının bu olduğunu yaxşı bilir. Bizim xalq öz maraqlarını çox yaxşı bilir və lazım olanda seçkiyə də gedir, ya da əksinə. Azərbaycan xalqının öz mentaliteti, öz dünyaduyumu, öz mədəni- mənəvi dəyərləri, ənənələri, özünəməxsuz maraqları, öz inkişaf tempi var. O, çörəkverənləri yaxşı tanıyır, ortada yeyib icəni də, ucada gəzəni də ona şuar demək olar, tətta dedizdirəni də ona yalan danışmaq, danışdırmaq da olar, ancaq onu öz bildiyi. düz bildiyi, haqq bildiyi yalanı heç kəs caşdıra bilməz... Yüz illərdir bu yolla bir yerə gəlib çıxıb, bundan sonra da öz bildiyi yolla gedəcək... Azərbaycan xalqına qurma ideologiyalar, qurma, utopik ideyalar, saxta romantik nəzəriyyələr sırımaq mümkün deyil. O son dərəcə ayıq və reallıqla, öz maraq və hüquqlarını çox gözəl
bilir. Bəzən kimsə ortaya çıxıb xalqın öz hüquqlarını bilməməsindən dəm vurur. Tamamilə yanlışdır. Bizim xalq nəyə haqı catdığını, nəyə çatmadığını çox gözəl bilir və lazım olanda tələb etməyi də bacarır. Haqq- hüquq isə yalnız kağız üzərində yazılanlar və yazılmayanlar deyil. Xalqımız bunu da çox gözəl anlayır. Hələlik belə olub, sonrasını İnşallah yaşayarıq görərik.
Əlizadə Nəhmədağaoğlu
Siam.az
Tarix: 26-07-2020, 21:26