"Dollar Cavid” haqqında yazılan məqalələr saytlardan yoxa çıxır: Tanrının, yoxsa pulun möcüzəsi?

Rüşvətxor məmur haram pullar hesabına medianı ələ almağa çalışır
Arxitektura və Şəhərsalma Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma
Mərkəzinin əməkdaşı “Dollar Cavid” haqqında yazılan, tiktok və digər platformalarda qoyulan
materiallar sürətlə “yoxa çıxmaqda”, silinməkdədir. Şübhəsiz, əgər bu hal 1-2 saytı əhatə etsəydi,
o zaman buna texniki problem, yaxud “Tanrının möcüzəsi” kimi qiymətləndirmək olardı. Ancaq
problemin kütləvi hal aldığı, bir deyil bir neçə saytı əhatə etdiyini nəzərə alsaq, bu möcüzənin
müəlifinin pul olduğu aydın olar.
Haqqında yazılan məqalələrdən ciddi narahatlıq keçirən “Dollar Cavid” haram pullar hesabına
medianı ələ almağa çalışır. Ancaq Ramin Abdullayevin “sağ əli” olan bu şəxs bilməlidir ki,
bütün medianı ələ almaq mümkün deyil.
Yaxın günlərdə sizi “Dollar Cavid”in bank əməliyyatları ilə bağlı ilginc faktlarla tanış edəcəyik.

Tarix: Dünən, 22:33
Xəbəri paylaş



Xəbər lenti