Ədliyə Nazirliyinin Penitensiar xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan Zaur Şəfa oğlu Sadıqovun anası Ağcabədi rayon, Sarııcalı kənd sakini Alagöz Bilal qızı Sadıqova Prezident İlham Əliyevə müraciət edib.
O, müraciətinin sürətini Mediaxeberleri.Az-a təqdim edib.
Həmin müraciətdə Alagöz Sadıqova ahıl yaşda olduğunu və oğlunun səhhətindəki problemləri nəzərə alaraq onun barəsində humanizm və mərhəmət nümayiş etdirməyi dövlət başçısından xahiş edib.
Onun müraciətini olduğu kimi təqdim edirik:
“Mən Sizə bir Azərbaycan qadını, ömrünün çox hissəsini yaşamış bir yaşlı və dərdli ana kimi müraciət edirəm. Mənim oğlum - Sadıqov Zaur Şafa oğlu Hərbi Prokurorluq tərəfindən aparılan cinayət işi ilə əlaqədar, şübhəli şəxs kimi tutularaq, ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılır.
Oğlum Zaur Sadıqov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissənin əməkdaşı Məmmədov Ceyhun İltifat oğlunun dələduzluq cinayətinin iştirakçısına çevrilmiş, həmin şəxs öz çirkin cinayət əməllərini həyata keçirmək üçün oğlumun ona etibarından sui istifadə edərək bu əməlləri törətmişdir.
Əslən Salyan rayon sakini olan, sabiq “N” saylı hərbi hissənin qulluqçusu Məmmədov Ceyhun İltifat oğlunun barəsində hərbi prokorurluqda istintaq cinayət işi yekunlaşaraq baxılması üçün Bakı hərbi məhkəməsinə göndərilib.
Bildiriəm ki, istintaq tam olaraq qeyri obyektiv aparılır. Ona görə ki, istintaq zamanı Məmmədov Ceyhunla birlikdə bir neçə fakt üzrə eyni cinayət əməli törətmiş, hərbi qulluqçular Əhmədov Nuran, Rəhimov Tural, Həsənov Vəfadar prokorurluğun əməkdaşı Xəyam Rüstəmova xeyli miqdarda rüşvət müqavilində istintaq cəlb edilmədilər.
Bununla bağlı mənim oğlumda məlumat və subutlar var. Məhkəmə sistemində şəffaflığın təmin edilməsi məqsədilə Sizdən xahiş edirəm ki, Bakı hərbi məhkəməsində Ceyhun Məmmədovla bağlı keçirilən məhkəmə iclasının yenidən istintaqa qaytarılmasına köməklik göstərəsiniz.
Əlavə olaraq bildirirəm ki, Silhalı Qüvəllərin tərkib hissəsində olan (Lökbatan qəsəbəsində yerləşən) N saylı hərbi hissənin hazırki komandiri polkovnik Rəşad Qəmbərov və sabiq hərbi hissə komandiri polkovnik Rövşən tabeliyində olan hərbi qulluqçulardan rüşvət alaraq müxtəlif məbləğdə pula Azərbaycan Ordusunun ən zəngin zabitlərindən biri olaraq birinci yeri tuturlar. Bu barədə Ədliyə Nazirliyinin Penitensiar xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan övladım Sadıqov Zaur Şəfa oğlunda subut və dəlilər var.
Müəyyən mənfur və düşmənə xidmət edən qüvvələr həmişə Sizin həyata keçirdiyiniz uğurlu işlərinizə və qanuni hakimiyyətinizə kölgə salmaq istəyir. Lakin xalqın Sizə olan sevgisi həmin şəxslərin planlarını həmişə puç edib və onların çirkin niyyətləri ürəklərində qalıb.
Möhtərəm cənab prezident, Sizin hər zaman yüksək humanizm prinsiplərinə sadiqliyiniz və bu istiqamətdə davamlı addımlar atmağınızın şahidi olmuşam. Bütün bunlar mənə ümid verir ki, oğlum Zaur Sadıqov barəsində də bu iradənizi nümayiş etdirəcəksiniz. Mənim ahıl yaşda olmağımı və oğlumun səhhətində yaranmış problemləri nəzərə alaraq onun barəsində humanizm və mərhəmət nümayiş etdirməyinizi Sizdən bir daha xahiş edirəm.
Cənab prezident, mən Sizin humanizminizə və ədalətinizə inanaraq əvvəlcədən minnətdarlıq bildirirəm”.