Deputat hər maşından 10 manat vergi tutulsun deyir, bəlkə özləri hər ay maaşından 500 manat vergi ödəsin?

Deputat, Böyük Azərbaycan Partiyasının sədri, hörmətli Elşad Musayev qəribə təklif irəli sürüb. Elşad Musayev deyəsən, zaman-zaman əhalinin qəzəbinə səbəb olmuş çıxışları ilə seçilən Hadı Rəcəbliyə və digər deputatlara rəhmət oxutdurur. Belə ki, buna səbəb Elşad Musayevin sürücülərdən 10 manat vergi tutulması barədə təklif irəli sürməsidir. Deputat bildirib ki, sahibkarlığı inkişaf etdirmək üçün vergi yükünü azaltmaq lazımdır: "Məsələn bir bələdiyyənin ərazisində 30 min avtomobil var. Qanunvericilikdə dəyişiklik edək, buna imkan verək ki, hər avtomobildən ildə 10 manat əmlak vergisi götürsün".
Bu ideyanın reallaşması ayrı məsələdir, amma millət vəkili millətin maraqlarına uyğun təkliflər irəli sürməlidir. Elşad Musayevin seçiciləri arasında minlərlə sürücü də ola bilər. Deputat ən azı seçiciləri nəzərə alaraq bu təşəbbüslə çıxış etməməli idi. Axı parlament millətin məclisidir və millətin vəkilləri də orada xalqın istəklərini ifadə edirlər, problemlərini qaldırırlar. Amma bizdə deputatlar əhalinin əleyhinə olan təkliflər səsləndirirlər: gah cərimələrin məbləğini artırmaq, gah maşını olanlardan vergi tutmaq... Bir dəfə olmadı ki, parlamentdə əhalinin xeyrinə də təklif olsun. Məsələn, Elşad Musayev büdcə müzakirələri zamanı uşaqpulunun 1 manat artırılmasına etirazını bildirə bilərdi, iş yerlərinin artırılması, cərimələrin azaldılmasını deyə bilərdi. Amma əksinə, bir də maşın vergisi tutmağı təklif edir. Halbuki sürücülər il ərzində yetərincə xərcə düşürlər: texniki baxışdan keçmək, sığorta, parklanmaya, dayanma-durmaya görə cərimələr, maşının öz xərcləri... Bir də vergi tutulması o demək olacaq ki, kimsə maşın sürməsin. Axı nə vaxt xalqın da problemi barədə danışılacaq? Olmaz ki, elə deputatların maaşından ayda 500 manat tutulub vergi şəklində büdcəyə yönəldilsin? Bu da olsun parlament üzvlərinin dövlətə, büdcəyə töhfəsi... Bəlkə bu daha yaxşı təklifdir? Və bunu qanun layihəsi kimi təsdiqləmək mümkündür, hətta dövlət məmurlarını da əlavə etmək olar. Hər bir məmur və deputat aylıq maaşından büdcəyə vergi ödəsin. Bu da olsun "vəzifəli şəxslərin büdcəyə dəstəyi" haqqında qanun layihəsi. Bax, bu qərar xalqın da ürəyincə olar, hətta təşviq xarakteri daşıyar. Yəni deputat, gömrük və yaxud hansısa qurumun məmuru vətəndaşa müsbət örnək olacaq. O zaman hamı görəcək ki, onun deputatı, məmuru büdcəyə maaşından əlavə vergi ödəyir, onda sürücülər də ildə 10 manat vergi verəcək. Bu, daha ədalətli və bərabərhüquqlı olardı.
Anaxeber.info
Tarix: 26-11-2024, 10:15
-
Bu gün, 17:50
Təhsil Nazirliyində şok yeyinti: Eşqi Bağırovun taleyi “iki dodaq arasında”
-
Bu gün, 17:45
Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
-
Bu gün, 17:44
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl - Qrant qazanmağın daha bir yolu/FOTOLAR
-
Bu gün, 17:41
JEK də pul istəyir, bələdiyyə də — Hansına ödəyək?
-
Bu gün, 17:39
Bakı təhsilinin əvəzedilməz direktorları: Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
-
Bu gün, 15:47
Milli Onkologiya Mərkəzində partlayış - xəstə öldü, tanınmış radioloq xəsarət aldı
-
Bu gün, 10:08
Milyon Manatlıq "Buxarlanma": Fermerin Cibindən Kəsilən Vəsaitlər Kimin Boğazından Keçir?
-
Bu gün, 09:52
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib? \FOTOLAR, VİDEO
-
Bu gün, 09:48
"Liv Bona Dea Hospitalında o blank, yoxa çıxıb” – Nigar Köçərli
-
Bu gün, 08:03
“Bravo” vaxtı keçmiş uşaq məhsullarını endirimlə satır? – FOTO
-
Bu gün, 07:58
"Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." - ETİRAZ
-
Dünən, 18:17
Həmkarların sanatoriyalarında nə baş verir? - Boş otaqlar, amma "yerimiz yoxdur" cavabları...
-
Dünən, 18:14
Ramiz Mehdiyev nəvəsi milyonluq sərvəti ilə Avropa və Şərq dünyasının gündəmini “top kimi oynadır”
-
Dünən, 18:08
"Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
-
Dünən, 17:57
Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
-
Dünən, 16:22
SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
-
Dünən, 16:17
AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” - GİLEY
-
Dünən, 16:08
Kəmaləddin Qafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı
-
Dünən, 15:53
AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
-
Dünən, 11:15
“AzerGold” “Yol Tikinti Servis”ə ödəniş etsədə işçilərin maaşı verilmir…. VİDEO
-
Dünən, 10:46
Ağsuda sosial yardım qalmaqalı: vətəndaş müraciəti, yazılı “zəmanət” və sonradan geri tələb olunan 922 manat
-
Dünən, 08:54
Tərtərdə Akademik Zərifə Əliyevanın 103-cü ildönümü böyük tən-tənə ilə qeyd olunub
-
Dünən, 08:37
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
-
Dünən, 08:33
30 ildən çoxdur vəzifədədirlər - FOTO
-
28-04-2026, 22:18
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
-
28-04-2026, 22:17
Kənd Təsərrüfati Nazirliyinə məxsus mərkəzin 4 milyon vergi borcu var
-
28-04-2026, 22:15
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
-
28-04-2026, 22:11
PREZİDENT 86 MİLYONA YAXIN VƏSAİT AYIRDI - Onlara bu işləri görməyi tapşırdı...(Yenilənib)
-
28-04-2026, 22:08
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
-
28-04-2026, 22:06
Oliqarx oğlu məhkəməni bu dəfə də uduzdu – övladına ad-soyadını və aliment verəcək