Milli Şuranın onlayn keçirilən iclasının növbəti videogörüntüləri yayılıb.
Pravda.az-ın xəbərinə, müzakirələr zamanı çıxış edən Milli Şuranın sədri Cəmil Həsənli hökumətlə dialoqa gedənlər müxalifətçilərə “tryapka” deyərək təhqir edib.
C. Həsənli iddia edib ki, hökumət onları dialoqa getməmək üstündə vurur: “İndi dialoqa gedənlər elə “tryapka”ya çevrilib ki, o “tryapka” ilə heç ayaqqabı da silmək olmaz”.