"Nazirlər də, icra başçıları da… vəzifəyə başlayarkən, “Quran”a and içsinlər" - Keçmiş deputat

Ölkəmizdə korrupsiya və rüşvət əleyhinə aparılan ciddi mübarizə hər bir namuslu Azərbaycan vətəndaşının ürəyincədir.
Hər kəs yaxşı başa düşür ki, hakimiyyət orqanlarında kök salmış və bu gün dövlət başçısının nümayiş etdirdiyi möhkəm iradə nəticəsində bir-birinin ardınca qandallanıb qanun qarşısına çıxarılan vəzifə sahiblərinin oğurladıqları pullar bizə məxsusdur.
Söhbət elə böyük vəsaitlərdən gedir ki,əgər onlar təyinatı üzrə xərclənsəydi, günümüz-güzəranımız daha yaxşı olardı.
Zənnimcə, bu sosial bəlanı həyatımızdan qoparıb atmaq üçün mənəvi və inanc dəyərlərimizin imkanlarını da işə salmalıyıq.
Hər birimiz qarşımızdakının inanmadığımız, şübhə etdiyimiz hər hansı bir sözünə, əməlinə “Allah haqqı” ,”Quran haqqı”, ” Namusum haqqı” kimi təsirli ifadələrini eşitdiyimizdə, artıq inamsızlığa, şübhəyə yer qalmır…
Bir neçə vaxt bundan əvvəl mətbuatda rast gəldiyim maraqlı informasiya yadıma düşdü.
ABŞ-ın Virciniya ştatında təhsil naziri təyin edilən Atif Karnin adlı amerikalı müsəlman vəzifəsinə başlayarkən Qurani-Kərimə and içmişdi.
Yaxın vaxtlarda ABŞ-ın Minnesota ştatından Konqresə üzv seçilən İslam dinini qəbul etmiş Kit Ellison da müsəlmanların müqəddəs kitabına əl basmışdı.
Ümumiyyətlə, dünyanın bir çox ölkələrində yüksək rütbəli məmurların müqəddəs kitablara- Qurana, İncilə, Tövrata and içmələri bir şərtdir.
Bizdə bu praktika hələ ki, yeni seçilmiş prezidentin inaqurasiyası zamanı Qurana and içməsı ilə məhdudlaşır.
Lakin düşünürəm ki,bu praktika yerli və mərkəzi icra hakimiyyəti orqanlarının bütün vəzifəlilərinə də şamil edilsə, ümumi işin xeyrinə olar.
Bəlkə ondan sonra nazirlərimiz, müavinləri, rayon,şəhər icra başçıları və digər məmurlarımız daha fərqli, daha məsuliyyətli,ədalətli və başlıcası, təmiz və dürüst fəaliyyət sərgiləyəcəklər.
Mayis SƏFƏRLİ,
Sabiq deputat, Yurddaş Partiyasının sədri
Etikxeber.az
Tarix: 29-05-2020, 12:04
-
Bu gün, 12:46
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO
-
Bu gün, 12:39
Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir...
-
Bu gün, 12:34
"Fantastik qiymətdir" - Aviabiletlər niyə kəskin bahalaşıb?
-
Bu gün, 11:13
Ermənistan Zəngəzurdan və kazinodan 162 milyon dollar qazandı - DETALLAR
-
Bu gün, 10:44
Azərbaycanı birləşdirən Ağa Məhəmməd şah Qacarın cəsədi niyə iki yerə bölündü? (VİDEO)
-
Bu gün, 09:53
Məmməd Musayev həbsin bir addımlığında? - "Turanbank" da araşdırılacaq
-
Bu gün, 08:01
SSRİ-ni əslində kimlər idarə edib? – Siyasi Büronun kölgəsində qalan gizli klanlar
-
Bu gün, 08:00
Böyrəkləri qorumağın sadə yolu: Əsas qida maddəsi..
-
Bu gün, 07:55
Əski yolçəkənimiz Saleh Məmmədovun Almaniyada yeni biznesi... İndi bina tikir..
-
Dünən, 23:31
Bakıda obyekt ərazisini genişləndirmək üçün yaşıllıqları məhv edir? - VİDEO
-
Dünən, 17:17
Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası VİDEO
-
Dünən, 17:05
Dövlət xəstəxanalarından gileyləndi: “350-600 manata müayinə“
-
Dünən, 16:55
Azərbaycanda boşanma çətinləşə bilər – Qaydalar sərtləşir, cərimələr gəlir?
-
Dünən, 11:34
Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb-VİDEO
-
Dünən, 10:11
MƏMUR YOXSA XULİQAN? — Dövlətin layihəsi vətəndaşın evini yağmalamaq, onu küçələrə atmaq deməkdir?!
-
Dünən, 10:09
Deputata məxsus olduğu deyilən şirkət 35 milyonluq tenderi ...
-
25-07-2026, 23:31
Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, yeddi nəfər xəsarət alıb - YENİLƏNDİ
-
25-07-2026, 23:20
Yəmən ABŞ-yə İrana müdaxilə zamanı dəstək verəcək ölkələrdən biri ola bilər- POLİTOLOQ
-
25-07-2026, 15:49
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
-
25-07-2026, 15:42
Məqsəd kitabxanaçını qiymətləndirmək idi, yoxsa onu işdən çıxarmaq ?
-
25-07-2026, 13:27
QARABAĞ QAZİLƏRİNİN QAZİ JURNALİST VÜQAR MƏMMƏDOVU MÜDAFİƏ KOMİTƏSİNİN BƏYANATI
-
25-07-2026, 13:24
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...
-
25-07-2026, 12:19
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
-
25-07-2026, 12:17
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq - Milyonlar necə xərclənir?
-
25-07-2026, 12:17
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
-
25-07-2026, 10:46
Satınalma mütəxəssisinin şirkəti "tenderlər kralı"na çevrilir - 3 milyonluq layihə
-
25-07-2026, 10:39
Masazırda torpaq qalmaqalı: “Anamın adına olan sahəni başqalarına satıblar“
-
25-07-2026, 10:31
Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi!
-
25-07-2026, 10:18
Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?
-
25-07-2026, 10:16
Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının yaradılmasının 33-cü ildönümü qeyd olunub