Qarabağın təzə erməni “prezident”i Azərbaycan torpaqlarını bu elektromobillə gəzəcək...-FOTO






Dünən Azərbaycan Respublikasının 29-cu ildir ki, işğal altında qalan Şuşa şəhərində təntənəli andiçmə mərasimindən sonra faktiki olaraq fəaliyyətə başlamış separatçı-terrorçu rejimin yeni “seçilmiş” rəhbəri Araik Arutyunyanın xidməti avtomobilinin hansı olacağı bilinib.

Moderator.az xəbər verir ki,  həmin maşının ilk görüntülərini Ermənistanın Baş naziri  N.Paşinyan  vertolyotla Xankəndinə endikdən az sonra paylaşıb.
“Qarabağın yeni seçilmiş prezidenti işə bu elektromobillə gedib-gələcək”- Paşinyan “Facebook” səhifəsində belə yazıb.

P.S. Başbilənlərimizin  başqatan, populist çıxışları fonunda bizlərin də Qarabağdan olan hər görüntüyə baxıb yana-yana qalmaqdan başqa əlimizdən nə gəlir?..

Sultan Laçın
Tarix: 22-05-2020, 10:14
Xəbəri paylaş



Xəbər lenti