"Çinin ucbatından dünya 9 trilyon dollar itirəcək" - ABŞ-ın dövlət katibi






ABŞ-ın dövlət katibi Mayk Pompeo növbəti dəfə Çinin əleyhinə danışıb. Moderator.az-ın məlumatına görə, dövlət katibi koronavirusun Yer üzünə Çindən yayıldığını nəzərdə tutaraq bildirib ki, Çinin günahı ucbatından dünyaya dəyən maddi zərər 9 trilyon dollara çatacaq: "Bu bəla 90 min amerikalının həyatına son qoyub. Mart ayından işindən məhrum olan amerikalıların sayı isə 36 milyon nəfərdir. Bütün dünyada koronavirus pandemiyasından 300 mindən çox adam ölüb. Fikrimiczə, bütün bu baş verənlər Çin Kommunist Partiyasının yol verdiyi nöqsanların nəticəsidir. Çin böyük cavabdehlik daşıyır. Bu ölkənin dəhşətli səhvi ucbatından dünya 9 trilyon dollar itirəcək".

Pompeo xatırladıb ki, Çin pandemiya ilə mübarizəyə iri məbləğdə pul xərcləyəcəyini vəd etmişdi: 

"ABŞ pandemiya dövründə humanitar yardımlara, həm də peyvənd hazırlanmasına 10 milyard dollar xərcləyib. Çin isə Kovid-19-la mübarizəyə yalnız 2 milyard dollar ayırıb. Bu, həqiqətən də biabırçılıqdır. Çinin 2 milyard dollarla pandemiyaya qarşı savaş açması yaramazlıqdan savayı bir şey deyil".

Mayk Pompeonun bu fikirlərini siyasi analitiklər ABŞ prezidenti Donald Trampın yeni strategiyasının növbəti mərhələsi hesab edirlər.
Tarix: 21-05-2020, 12:14
Xəbəri paylaş



Xəbər lenti