"İndi hakimiyyətin müxtəlif qanadları arasındakı dava-dava oyunu bir az başqa cür görünür..."






DİN Baş Mühafizə İdarəsinin rəisi vəzifəsindən azad edilərək təqaüdə göndərilən general-mayor Yaşar Əliyevin elə həmin gün nadir hərbçi istedadı aşkarlanıb və o, həqiqi hərbi xidmətə qəbul edilərək, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub. Bu da azmış kimi uzun müddət müxalifət mitinqlərinin qənimi rolunu oynamış Yaşar Əliyevə üstəlik general-leytenant hərbi rütbəsi də verilıb. Onu da xatırladım ki, adı çəkilən şöbənin müdiri Yaşar Əliyevin Bakı baş polis idarəsindəki keçmiş şefi Məhərrəm Əliyevdir.

Bu hadisə mənə uşaqlıq illərindəki dava-dava oyunlarımızı xatırlatdı. Biz kasıb uşaqlıq yaşamış nəslin nümayəndələriyik və o zaman oyuncaq tapança, avtomat yox idi, silah-sursatı özümüz alüminium məftillərdən düzəldirdik. Əsas mübahisə isə onun üstündə düşürdü ki, heç kim "nemes" olmaq istəmirdi. İndi hakimiyyətin müxtəlif qanadları arasındakı dava-dava oyunu bir az başqa cür görünür, özü də burda prinsipial sual kimin "nemes", olması deyil. Əsas məsələ budur ki, indiki dava-dava oynayanların əlindəki dəqiq alüminium məftildən düzəldilmiş silah-sursat deyil.

Ərəstun Oruclu, ABŞ-da yaşayan politoloq
Tarix: 17-05-2020, 09:23
Xəbəri paylaş



Xəbər lenti