"
Qısa müddətdə hüquq mühafizə orqanlarında da yüksək rütbəli korrupsionerlər həbs olunacaq”.Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu Dövlət Təhlükəsizlik Xidmətinin Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini general-leytenant Əfqan Nağıyevin və yüksək rütbəli hərbi qulluqçularının saxlanılmasından danışarkən deyib. Onun fikrincə, əvvəllər rəhbər vəzifə tutub büdcəni dağıdan vəzifəlıi şəxslər də saxlanıla bilər:
"Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini general-leytenant Nağıyev Əfqan, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslərin şübhəli şəxs qismində saxlanılması mübarizənin genişlənərək, yeni müstəviyə keçməsinin göstəricidir. Dövlət Təhlükəsizlik Xidməti artıq mülki şəxsləri deyil, hərbiçiləri də həbs edirsə, bununla da korrupsiyanın həm də müdafiə qüvvələrində də yayıldığını təsdiq edir və səlahiyyətlərinin gücündən çox olduğunu nümayiş etdirir.
Çox güman ki, qısa müddətdə hüquq mühafizə orqanlarında da yüksək rütbəli korrupsionerlər tapılaraq həbs olunacaq. Əvvəllər rəhbər vəzifə tutub büdcəni dağıdan vəzifəlıi şəxslər də "ovlana" bilər”.