5 super qida


Onlardan lazımınca istifadə etmirik

Orqanizmi təpədən-dırnağadək yeniləyəcək qidalar dörd bir yanımızda var. Onları əldə etmək üçün böyük pullar xərcləməyə də ehtiyac yoxdur. Azacıq diqqətli olmaq və onları tanımaq, dəyərini bilmək kifayətdir. Milliyyet.com, orqanizm üçün hədsiz faydalı, orqanizmi ilin istənilən fəslində yeniləyə biləcək 5 super qidanı təqdim edir:  
Adi qıjı
Qıjı (su göyərtisi) enerji deposu olaraq göstərilən meyvə və tərəvəzlər arasında ən zirvədədir. 47 meyvə-tərəvəzlə bağlı aparılan araşdırmada məhz qıjının ən yüksək biofaydalılığa malik olduğu müəyyənləşib. Qıjı A.C.E vitaminləri, folat, kalsium və dəmirlə zəngindir. Mütəxəssislər kələmin faydalılıq əmsalının qıjıyla müqayisədə sıfır olduğunu bildirir. 
Cəfəri
Cəfərinin faydaları saymaqla bitməz. A.C və K vitaminləri ilə zəngindir. Həmçinin folat, potasium, dəmir, maqnezium və kalsium qaynağıdır. Ödə qarşı, yağların yanmasına qarşı çox faydalıdır. 
Çuğundur yarpağı 
Təəssüf ki, bu tərəvəzi çoxumuz sevmirik və ona diqqət göstərmirik. Mütəxəssislər isə bu qənaətdədir ki, çuğundur yarpağından salatların hazırlanmasında mütləq istifadə edilməlidir. Çuğundur yarpağı A vitamini ilə çox zəngindir. İspanaqdan da artıq dərəcədə dəmir ehtiyatına malikdir. 
Dəniz yosunu 
Minerallar, vitaminlər və antioksidanla zəngindir. Hətta xaş suyuna alternativ ola bilər.   Dəniz yosununda külli miqdarda yod var, bu səbəbdən də troidlərin  funksiyasına müsbət təsir edir. Dəniz yosunlarının müxtəlif növləri vardır. 
Sarımsaq 
Sarımsaq bir çox yeməklərin hazırlanmasında istifadə olunur. Və yeməklərə çox da ləzzət qatır. Eyni zamanda sarımsaq antimikrobial, antiviral və antifunqal xüsusiyyətlərinə görə müxtəlif xəstəliklər və infeksiyalarla mübarizədə əvəzolunmaz qidadır. Sarımsaq yüksək təzyiq və yüksək xolesterol kimi ürək-damar xəstəliklərinin müalicəsində istifadə edilir. Sarımsağın tərkibindəki faydalı maddələrdən tam yararlanmaq istəyirsinizsə, bişirməzdən və ya yemədən öncə  əzin. 

Tarix: 24-09-2021, 13:42
Xəbəri paylaş



Xəbər lenti