“COVID pasportu” olanlardan niyə test tələb edilir? - "Qəsdlə məhdudiyyət qoyulur ki..." - DEPUTAT


“COVID pasportu” olanlardan niyə test tələb edilir? - "Qəsdlə məhdudiyyət qoyulur ki..." - DEPUTAT

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) sərnişinlərini ölkəyə qəbul edərəkən pandemiya ilə əlaqəli PCR testi tələb edir.
Yəni “COVID pasportu” olan sərnişinlər Bakıdan uçuş edən zaman onları qəbul edən Avropa ölkəsində və ya Türkiyədə heç bir test tələbilə qarşılaşmırlar. Azərbaycana gələndə isə bu testi verməli olurlar. "COVID pasportu"nu təsdiq edən, tanıyan ölkədə öz vətəndaşına bu tələbin qoyulmasının hansı məqsəd daşıması hər kəsi düşündürən sualdır.
Cebhe.info-nun sorğusunu “Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat katibi Paşa Kəsəmənski cavablandırıb.
O ölkəyə hava yolu ilə giriş edən vətəndaşlardan “PCR” testinin tələb olunması ilə bağlı fikrə “Hökümətin qərarıdır. Ona görə bunu AZAL- dan deyil, hökumətdən dəqiqləşdirin“ deməklə kifayətlənib.
Deputat Fazil Mustafa Cebhe.info-ya açıqlamasında bu qaydanın ədalətsiz olduğunu deyib:

“Hesab edirəm ki, belə qaydalar qoymaq doğru deyil. Hər iki ölkənin sərnişinləri eyni qaydada ölkəyə qəbul edilməlidir. Buna qəsdlə məhdudiyyət qoyurlar, amma biz çalışmalıyıq ki, bunu yarıb keçək”.
Deputat bildirir ki, belə halların olması xoşagələn deyil: “Bütün məqamlarda çalışmalıyıq ki, qadağalar ortadan götürülsün. Azərbaycanda hava reysləri pandemiya ilə bağlı qaydaları həddindən artıq çətinləşdirib. Düşünürəm ki, bütün çətinliklər ortadan qaldırılmalıdır”.
Qeyd edək ki, əvvələr, yəni penvənləmə başlamazdan öncə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq aviareyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə ərzində evdə özünütəcrid şəraitində qalmalı idilər.
İndi isə ölkədən “COVDID pasportu” ilə çıxan vətəndaş geri qayıdarkən həm də "PCR" testi verməli olur. Üstəlik getdiyi ölkədə ona belə tələb qoylmur. Başqa sözlə desək, başqa ölkələr Azərbaycanın verdiyi “COVID-19 pasportu”nu əsaslı və yetərli hesab etdiyi halda, Azərbaycanda bunun əksi tətbiq edilir.
Tarix: 20-09-2021, 21:48
Xəbəri paylaş



Xəbər lenti