Azərbaycana gətirilən 4 peyvənd: Hansı daha keyfiyyətlidir? – AÇIQLAMA


Azərbaycana gətirilən 4 peyvənd: Hansı daha keyfiyyətlidir? – AÇIQLAMA

“Bütün vaksinlər də dərman vasitəsidir. Sadəcə peyvəndlər bioloji dərman vasitələri qrupuna aiddir. Bu digərlərinə nisbətən daha həssas qrupa aiddir. Çünki onun saxlanma və istifadə şəraiti fərqlidir”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev deyib.
TƏBİB rəsmisi qeyd edib ki, koronavirus əleyhinə istifadə olunan bütün vaksinlərin hamısı kliniki tədqiqatlardan keçib:
“Bu da o deməkdir ki, onların təhlükəsizliyi təsdiqlənib. Sadəcə yeni vaksin növü olduğundan araşdırılması istiqamətində işlər daim davam edir. Bu tip vaksinlərin daşınması və saxlanma qaydasına xüsusi diqqət yetirilməlidir. Vaksinlərin tələb olunan şəraitdə saxlanılması üçün də ölkədə bütün lazımi tədbirlər həyata keçirilib”.
Departament rəhbəri bildirib ki, monitorinq şöbəsi dərmanları qəbul edən zaman hər zaman aktlaşdırır:
“5 gün termokonteynerdə qala bilir. Vaksini boşaltmaq üçün maksimum 5 dəqiqə vaxt tələb olunur. "Pfizer" vaksinini -70 dərəcə temperatur şəraitində altı 6 ay ərzində saxlanıla bilərdi. Araşdırmalar nəticəsində təsdiqləndi ki, "Pfizer" vaksini 2-8 dərəcə selsidə 31 günədək saxlamaq olar. Bu da işləri asanlaşdırdı”.
Koronavirus əleyhinə istifadə olunan bütün vaksinlərin hamısı kliniki tədqiqatlardan keçirildiyi deyilsə də, vaksinlərin hansının daha keyfiyyətli olması barədə ictimaiyyətə məlumat verilmir.
Qeyd edək ki, bir sıra ölkələr istifadə etdikləri vaksinlərin hansı keyfiyyətdə olması və təsiri barədə davamlı açıqlamalar verir. Ölkəmizdə isə insanlar peyvənd üçün xəstəxanalara üz tutarkən həmin vaksinlərin hansını vurdurmalı olduğunu müəyyənləşdirə bilmir.
İnfeksionist Mərdan Əliyev Cebhe.info-ya bildirdi ki, araşdırmalar son olaraq "Pfizer" vaksinində aparılıb və bu vaksin "Delta" ştammına qarşı çox yaxşı effektli görünür:

"Ancaq bu o demək deyil ki, Çinin "CoronaVac" vaksini effekstsizdir. Yox, elə deyil. Bütün vaksinlər bu virusun müxtəlif ştammlarına qarşı aşağı-yuxarı 5 faiz fərqlə effektlidir. O cümlədən də "Delta" ştammına qarşı bütün vasitələrin effekti var. Çində isə son olaraq 2 doza "CoronaVac" vurublar, 3-cü dozanı "Pfizer" vurmağı tövsiyə ediblər. Çünki 2 dozadan sonra 3-cü "Pfizer" vurulanda yaxşı effekti olur. Ümumiyyətlə, vaksinlər hazırlananda Faz-1, Faz-2, Faz-3 çalışmalarından keçir. Bu, hər üçündən keçirsə demək ki, effektliviyi var.
Rusiyanın "Sputnik-V" vaksini də bu mərhələdən keçib, bəzi ölkələrdə, hətta Türkiyədə də istifadə edilir. Bütün ölkələr vaksinləri əvvəlcə araşdırma aparıb, sonra istifadə edirlər. Düşünmürəm ki, Rusiyanın vaksini effektsizdir. Virusun spaytproteinləri var, prinsip antitellərin əmələ gətirilməsidir. Antitellər də kifayət qədər əmələ gəlir".
İnfeksionist deyir ki, vaksinlərin hamısı eyni dərəcədə deyil:
"Məsələn, "Pfizer" son texnologiya ilə hazırlanmış peyvənddir. O virusun məlumat RNT-sini daşıyır. Bu da xüsusi qlükoproteinin qlişatın içərisində saxlanılır. O da insan orqanizminə köçürülür və bu zaman orqanizmin hüceyrələri özü virusa qarşı xüsusi antitelləri sintez edir.
Son texnologiya ilə hazırlanmış "Pfizer"in effektivliyi daha yaxşı görünür. Ancaq onun bir qədər əlavə təsirləri var ki, allergik reaksiyalar vermə ehtimalı daha çoxdur. Ən az yan təsirləri olan "CoronaVac"dır. Effektivliyi isə "Pfizer"dən aşağı olsa da, effekt göstərir. Son texnologiya ilə hazırlanan "Pfizer" və "Moderna"dır. Ancaq "Sputnik-V" və "AstraZeneca"da başqa texnologiya hazırlanıb.
"CoronaVac"isə ənənəvi üsulla hazırlanıb. Belə ki, koronavirusu artırıb çoxaldırlar, sonra onu öldürürlər. Öldürülmüş virus xüsusi formada dərman şəkildə hazırlanır və insan orqanizminə vurulur. Ta qədimdən bəri istifadə etdiyimiz vaksinlərin əksəriyyəti bu üsulla hazırlanıb".
Tarix: 14-08-2021, 16:07
Xəbəri paylaş



Xəbər lenti