Avqust 8-də koronavirus peyvəndinin 3-cü - gücləndirici dozasını qəbul etmiş 422 min İsrail vətəndaşından yalnız 14 -nün koronavirusa yoluxduğu bəlli olub.
Moderator.az xəbər verir ki, bu barədə yerli "Mako" nəşri İsrail Səhiyyə Nazirliyinin daxili məlumatlarına istinadla informasiya yayıb.
3-cü peyvənd dozasından sonra “COVİD-19”-a yoluxmuşlardan yalnız üçünün yaşı 60-dan aşağıdır. Onlar 3-cü peyvənddən təxminən bir həftə sonra infeksiyaya yoluxub.
Gücləndirici dozadan sonra koronavirusa mübtəla olmuş iki nəfərin vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.
Tarix: 9-08-2021, 09:11