Koronavirusun “Epsilon” ştammı: Başqalarından nəylə fərqlənir?




Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı ölkələrin imicinə mənfi təsir göstərməsi səbəbi ilə koronavirusun yeni yaranan variantlarına fərqli adlar verib.
Belə ki, ştammlar artıq ilk olaraq meydana gəldikləri ölkələrin adları ilə deyil, yunan əlifbasının hərfləri ilə qeyd edilir. Təşkilat bunun üçün müvafiq olaraq yunan əlifbasından gələn hərflərdən istifadə edib.
Buna görə ingilis variantı "Alfa", Cənubi Afrika variantı "Beta", Braziliya variantı "Qamma", Hindistanda görülən 2 ştamm "Delta" ve "Kappa", ABŞ-da görülən variant var isə "Epsilon" adlanır.
“Epsilon” kimi tanınan variant ilk dəfə ABŞ-ın Kaliforniya ştatında aşkar edilib. Koronavirusun “Epsilon” variantı - B.1.429 olaraq da bilinir və ilk dəfə 2020-ci ilin sonlarında Kaliforniyada kəşf edilib.
2020-ci ilin yanvar ayına qədər Los-Ancelosdəki Cedars-Sinai xəstəxanasının həkimləri, test etdikləri bütün nümunələrin təqribən yarısında bu variantı aşkar etdilər və növbəti ay - fevralda Amerika Birləşmiş Ştatlarında yoluxmaların 15-ini təşkil etdi.
Alimlər “Epsilon” variantının sünbül zülallarında üç dəyişiklik müəyyən ediblər. 20C sinifində B.1.427 və B.1.429 olan iki fərqli xətti var. B.1.429 variantı 5 mutasiya ilə tamalanır: ORF1a-da I4205V; ORF1b-də D1183Y; S proteinində S13I, W152C və L452R. B.1.427 variantı S proteinindəki L452R mutasiyası tamamlanır. S zülalındakı L452R mutasiyası reseptorların bağlanma sahəsində yerini tapır. L452R isə ilk olaraq Danimarkadakı mutasiyada aşkar edildi. Bu, ötən ilin martında olub.
L452R mutasiyası zülalı ilə ACE2 reseptoru arasındakı qarşılıqlı əlaqəni sabitləşdirə və bununla da yoluxuculığı artıra bilər. Bu variantlara qarşı peyvəndin effektivliyinin klinik sınaqlarla təsdiqlənməsi lazımdır. Qeyd edək ki, virusun bu növü daha yayğın deyil və yalnız ABŞ-da rastlanıb.
Tarix: 9-07-2021, 22:52
Xəbəri paylaş



Xəbər lenti