Vaksinasiya pasportu ilə bağlı ÜST-dən AÇIQLAMA


Vaksinasiya pasportu ilə bağlı ÜST-dən         AÇIQLAMA
Melita Vuynoviç pasportların bərabərsizləyə səbəb olacağı qənaətindədir 
 
“Hazırda vaksinasiya pasportlarının tətbiqi yersizdir. Bu, ölkələr arasında bərabərsizliyə səbəb ola bilər”.
 
AYNA xarici mediaya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Rusiyadakı nümayəndəsi Melita Vuynoviç deyib.
 “Hazırda vaksinasiya pasportunun tətbiqi çox böyük bərabərsizliyə səbəb olacaq. Nəzərə almaq lazımdır ki, çox sayda ölkə və insan peyvənd olunmaq imkanına sahib deyil. Sadəcə, onların vaksinləri yoxdur”, - Vuynoviç qeyd edib.
Tarix: 28-04-2021, 12:26
Xəbəri paylaş



Xəbər lenti