ÜST “peyvənd pasportu”nu dəstəkləmədi


ÜST “peyvənd pasportu”nudəstəkləmədi


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səyahət üçün "peyvənd pasportu"nun tələb olunmasını dəstəkləmir.
Unikal.org xəbər verir ki, bu barədə ÜST rəsmisi Marqaret Harris deyib.
"ÜST olaraq peyvənd pasportunu giriş-çıxış tələbi olaraq görmək istəmədiyimizi bəyan edirik, çünki bu mərhələdə peyvəndin virusun ötürülməsinin qarşısını alıb-almadığına əmin deyilik", -deyə Harris bildirib.
ÜST sözçüsü, həmçinin əlavə edib ki, bu, müxtəlif səbəblərdən peyvənd oluna bilməyən insanlara qarşı ayrı-seçkilik məsələsini ortaya çıxaracaq.
Tarix: 6-04-2021, 22:57
Xəbəri paylaş



Xəbər lenti